“Barselona”nın futbolçusu: Bakı mənim üçün xüsusi şəhərdir
Bizim media saytına istinadən Icma.az xəbər verir.
“Bakı kralıyam? Xeyr, amma bu şəhər mənim üçün çox xüsusi yerdir”.
Bizim.Media xəbər verir ki, bu sözləri İspaniyanın “Barselona” klubunun futbolçusu Entoni Qordon UEFA Çempionlar Liqasının V turunda “Sabah”la Bakıda keçirilən qarşılaşmadan sonra deyib.
İngiltərəli yarımmüdafiəçi oyunda het-trik etmək imkanının olduğunu, lakin sol ayağı ilə vurduğu zərbəni qola çevirə bilmədiyini bildirib.
O, uzun səfərin komanda üçün çətin keçdiyini də vurğulayıb:
“Rəqib yüksək pressinq tətbiq edirdi. Qarşılaşmanın rəqabətli keçəcəyini gözləyirdik və fürsətlərimizdən yararlandıq. “Barselona” klubunun üzvü olduğum üçün çox xoşbəxtəm. Qol vurmaq bizim əsas xüsusiyyətimizdir. Hesabda öndə olsaq belə, hücumlarımızı davam etdiririk”.
Qeyd edək ki, Entoni Qordon qarşılaşmada iki qol vuraraq matçın ən yaxşı oyunçusu seçilib.
İngiltərəli futbolçu ötən ilin fevralında “Nyukasl”ın heyətində UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirilmiş ilk oyunda 4 dəfə fərqlənmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Noyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















