Süni intellektin işsiz qoyduğu insanalrın sayı açıqlandı
Unikal.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ildə Britaniya şirkətləri süni intellekt alətlərinin tətbiqi fonunda xalis işçi sayını 8% azaldacaqlar.
"Unikal" xəbər verir ki, "Morgan Stanley" araşdırmasına görə, bu, nümunəyə daxil olan ölkələr arasında ən yüksək göstəricidir.
Tədqiqatçılar istehlak malları, pərakəndə satış, daşınmaz əmlak, avtomobil və tibbi avadanlıq sektorlarında ən azı bir ildir ki, süni intellekt köməkçilərindən istifadə edən beynəlxalq şirkətləri araşdırıblar.
Böyük Britaniyada son 12 ay ərzində işçilərin 23%-i işdən çıxarılıb, yeni iş yerlərinin isə yalnız 15%-i yaradılıb ki, bu da işçi sayının xalis azalmasına səbəb olub. Ölkədə əmək məhsuldarlığının orta artımı 11,5% təşkil edib.
ABŞ-də süni intellektdən istifadə məhsuldarlığın müqayisəli artımı ilə müşayiət olunub, lakin şirkətlər optimallaşdırma zamanı 17% ixtisardan sonra yeni iş yerlərinin 19%-ni yaradıblar. Beləliklə, ABŞ bazarı tədqiqatda vəzifələrin sayının 2% artdığı yeganə bazar olub. Yeni vakansiyalar adətən süni intellekt sistemlərinin idarə olunmasını və rəqəmsal həllərin hazırlanmasını və dəstəklənməsini əhatə edir.
Digər ölkələr arasında işdənçıxarmaların miqyasına görə Yaponiya 7% xalis məşğulluq azalması ilə ikinci yerdə qərarlaşıb. Almaniya və Avstraliya isə 4% iş yerlərinin itirilməsi ilə üçüncü və dördüncü yerləri bölüşürlər.
Baxış sayı:42
Bu xəbər 26 Yanvar 2026 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















