“Barselona”ya zərbə: Joan Qarsiya üç həftəlik sıradan çıxdı
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İspaniyanın “Barselona” futbol komandasının qapıçısı Joan Qarsiya sıradan çıxıb.
İdman.Biz xəbər verir ki, qolkiper La Liqanın altıncı turunda “Rasinq Santander”ə qarşı keçirilən və “Barselona”nın 7:2 hesabı ilə qalib gəldiyi görüşdə zədələnib.
Hadisə ilk hissənin sonlarında baş verib. Qarsiya qapısından kənara çıxaraq topa doğru hərəkət edərkən yağış səbəbindən sürüşüb və dizində ağrı hiss edib. O, fasilədən sonra meydana qayıtmayıb və ikinci hissədə onu Voyçex Şensnı əvəzləyib.
“Catalunya Radio”nun məlumatına görə, Qarsiyanın sağ dizinin meniskində zədə aşkarlanıb və onun təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Bu halda 25 yaşlı qapıçı sentyabrın 19-da səfərdə “Sevilya”ya qarşı keçiriləcək La Liqa matçını buraxacaq. Bundan sonra klub futbolunda təxminən üç həftəlik fasilə var. “Barselona” növbəti oyununu oktyabrın 10-da “Xetafe”yə qarşı keçirəcək. Qarsiyanın həmin görüşdə iştirakı bərpa prosesinin gedişindən asılı olacaq.
Kataloniya klubu daha sonra oktyabrın 13-də Çempionlar Liqasında səfərdə “Qalatasaray”la qarşılaşacaq. Mövcud üç həftəlik ilkin proqnoza əsasən, qapıçının bu matça qədər sıraya qayıtmaq ehtimalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 17 Sentyabr 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















