Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 22 sentyabr, AZƏRTAC
Hazırda “ADEX” sərgisinin uğuru yalnız rəqəmlərlə ifadə olunmur. Çox vacib göstərici var ki, bu da bizə olan etimaddır.
AZƏRTAC xəbər verir ki, bunu "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 15-ci Beynəlxalq daxili təhlükəsizlik, mühafizə və xilasetmə avadanlıqları Sərgisi "Securex Caspian"a həsr olunmuş mətbuat konfransında çıxış edərkən deyib.
Fərid Məmmədov bu etimadı bir gündə əldə etməyin mümkün olmadığını bildirərək deyib ki, bu, uzun illər ərzində Müdafiə Sənayesi Nazirliyi ilə birgə işin nəticəsidir.
“Daha güclü milli müdafiə, daha çoxlu texnologiyalar, daha çox innovasiya və daha geniş beynəlxalq əməkdaşlıq.
Ona görə “ADEX”ə, sadəcə, bir sərgi kimi baxmayın. ADEX Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan bir pəncərədir", - deyə o vurğulayıb.
Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















