Icma.az
close
up
RU
“ADEX 2026“ müdafiə sənayesinin gələcəyini Bakıda bir araya gətirir VİDEO

“ADEX 2026“ müdafiə sənayesinin gələcəyini Bakıda bir araya gətirir VİDEO

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında "ADEX 2026" beynəlxalq müdafiə sərgisinin işgüzar proqramının mahiyyəti, milli müdafiə potensialının təqdimatında tətbiq olunan yeni yanaşmalar və beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənmə perspektivləri təhlil olunub.

Qeyd olunub ki, fərqli istiqamət və maraqların kəsişdiyi "ADEX" sərgisinin işgüzar proqramı iştirakçılara yalnız məhsullarını təqdim etmək deyil, həm də gələcək əməkdaşlığın konturlarını müəyyənləşdirmək imkanı yaradır.

"Caspian Event Organisers" şirkətinin baş meneceri Ayla Canıbəyova Baku TV-yə bildirib ki, "ADEX" sərgisinin builki işgüzar proqramı müdafiə və təhlükəsizlik sahəsindəki aktual çağırışlar nəzərə alınaraq hazırlanıb və seçilən mövzular həm strateji, həm də praktik əhəmiyyət daşıyır. Müdafiə sənayesində baş verən bu dəyişiklik onun öz strukturunda da aydın görünür. Elmi potensial, universitetlərdə formalaşan insan kapitalı, süni intellekt və yeni ideyaları bazara çıxaran startaplar da bu prosesdə getdikcə daha böyük rol oynayır. Bu istiqamətlərin "ADEX"in işgüzar proqramında geniş yer alması təbii olaraq bir sual doğurur: "ADEX"in işgüzar proqramında diqqətçəkən bu yeniliklər yalnız proqramın məzmununun genişlənməsi deməkdir, yoxsa burada sərginin öz formatında baş verən dəyişikliklərdən də danışmaq olar? Ayla Canıbəyovanın sözlərinə görə, bunu formatın dəyişməsi deyil, məzmunun genişlənməsi kimi qiymətləndirmək daha doğru olar: "ADEX" yenə də müdafiə sənayesi üzrə ixtisaslaşmış beynəlxalq sərgidir. Sadəcə, bu gün müdafiə sənayesinin elm, universitetlər, süni intellekt, kibertəhlükəsizlik və startaplarla birlikdə inkişaf etdiyini proqramda da göstəririk". O həmçinin vurğulayıb ki, "ADEX 2026"nın işgüzar proqramı elm, texnologiya, insan kapitalı və beynəlxalq əməkdaşlığı bir araya gətirən peşəkar dialoq platformasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Sentyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri