Icma.az
close
up
RU
“ADEX 2026 mühüm əməkdaşlıq platformasıdır” Baş direktor

“ADEX 2026 mühüm əməkdaşlıq platformasıdır” Baş direktor

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Biz artıq üçüncü dəfədir ki, Azərbaycanda “ADEX 2026” Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirak edirik. Bundan əvvəl 2022 və 2024-cü illərdə sərgiyə qatılmışıq. Burada olmaqdan, qardaşlarımızla bir araya gəlməkdən böyük məmnunluq duyuruq. Yeni texnologiyalarımızı təqdim etmək, mövcud texnologiyalarımızı azərbaycanlı tərəfdaşlarımızla bölüşmək bizim üçün çox böyük əhəmiyyət daşıyır”.

Bu barədə 525.az-a açıqlamasında Türkiyənin BLG (Belgesel) Savunma Sənaye Anonim Şirkətinin baş direktoru Tarkan Akıner deyib.

O bildirib ki, uzun müddətdir Azərbaycanda fəaliyyətlərini davam etdirirlər və əsasən Müdafiə Sənayesi Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi kimi qurumlarla əməkdaşlıq edirlər.

“Məqsədimiz mövcud portfelimizdəki texnologiya və avadanlıqlar vasitəsilə Türkiyədə olduğu kimi, Azərbaycanda da oxşar imkan və bacarıqların formalaşmasına töhfə verməkdir. Biz bu fəaliyyətimizi hər zaman “bir millət, iki dövlət,” anlayışı ilə böyük sevgi və səmimiyyətlə həyata keçiririk. Müxtəlif ölkələrdə nümayəndəliklərimiz fəaliyyət göstərir və şirkətlərimizi həmin ölkələrdə də təmsil edirik. Lakin Azərbaycanda fəaliyyət göstərmək bizim üçün hər zaman xüsusi məmnunluq yaradır. Türkiyə və Azərbaycan arasındakı əməkdaşlıq bizim üçün ən böyük dəyər daşıyan istiqamətlərdən biridir. Burada hər zaman böyük sevgi, hörmət və dostcasına qarşılanırıq. İnanırıq ki, zaman keçdikcə bu dostluq və qardaşlıq əlaqələrimiz daha da yüksək səviyyəyə çatacaq. Biz də bundan sonra əlimizdə olan bütün imkanları Azərbaycanla və azərbaycanlı qardaşlarımızla bölüşməyə davam edəcəyik”, - o vurğulayıb.

Əlavə edib ki, Türkiyə ilə Azərbaycan arasında həm müdafiə sənayesi, həm də digər sahələrdə keçmişdən bu günə qədər davam edən geniş əməkdaşlıq mövcuddur. Xüsusilə İkinci Qarabağ müharibəsi ərəfəsində və müharibə zamanı bu əməkdaşlıq daha da inkişaf edib. Bundan sonra isə Türkiyə ilə Azərbaycan arasında müdafiə və təhlükəsizlik sahələrində çoxsaylı və mühüm əməkdaşlıq istiqamətləri formalaşdı.

“Bu gün Azərbaycanda bir çox Türkiyə şirkətinin nümayəndəliklərinin və istehsal müəssisələrinin fəaliyyət göstərdiyini, eyni zamanda bəzi Azərbaycan şirkətlərinin də Türkiyədə fəaliyyətlərini davam etdirdiyini görürük. İnanıram ki, qarşıdakı dövrdə bu əlaqələr daha da genişlənəcək. Birgə səylərimizlə həm Türkiyənin, həm də Azərbaycanın müdafiə sənayesinin imkanlarını daha yüksək səviyyəyə çatdırmağa davam edəcəyik”, - baş direktor söyləyib.

Tarkan Akıner bildirib ki, Azərbaycanda artıq bir çox dövlət qurumu ilə əməkdaşlıq edirlər:“Lakin təbii ki, bütün dövlət qurumlarında bizim cihaz və avadanlıqlarımız mövcud deyil. Bu cür sərgilər vasitəsilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi kimi dövlət strukturları ilə daim əlaqə saxlayır, onları yeni texnologiyalarımız barədə məlumatlandırırıq. Deyə bilərəm ki, Azərbaycanda bütün dövlət qurumları ilə bağlı layihələrimiz davamlı şəkildə həyata keçirilir. Bu cür sərgilər çərçivəsində tərəfdaşlarımızla üz-üzə görüşmək, fikir mübadiləsi aparmaq imkanımız yaranır. Bakıdakı ofisimiz vasitəsilə də Azərbaycanla mütəmadi şəkildə işləyirik. İnanıram ki, qarşıdakı dövrdə azərbaycanlı qardaşlarımızla birlikdə daha böyük və uğurlu layihələr həyata keçirəcəyik”.

Sərgidə nümayiş etdirilən məhsullara gəlincə, o bildirib ki, əsas məqsəd yeni texnologiyaları Azərbaycana təqdim etmək və onların müxtəlif sahələrdə tətbiqi imkanlarını göstərməkdir: “Şirkət olaraq əsas fəaliyyət istiqamətlərimizdən biri KBRN – kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsi yaradan maddələrin, eləcə də zəhərli sənaye maddələrinin aşkarlanması və müəyyənləşdirilməsidir. Bununla yanaşı, portfelimizdə partlayıcı maddələri və narkotik vasitələri sahədə müəyyənləşdirə bilən əl tipli cihazlar da mövcuddur. Bu cihazlarımızdan Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlarda fəal şəkildə istifadə olunur.

Əsas diqqətimiz sahədə naməlum kimyəvi, bioloji və radioloji maddələri, həmçinin partlayıcıları və narkotik vasitələri operativ şəkildə müəyyənləşdirə bilən texnologiyalara yönəlib. Cihazlarımız bu sahədə dünyanın ən qabaqcıl texnologiyaları sırasındadır. Kiçik ölçülü, əl tipli cihazlarımız vasitəsilə müxtəlif təhlükəli maddələri birbaşa sahədə operativ şəkildə müəyyənləşdirmək mümkündür”.

Baş dirktor Müdafiə Sərgisindən gözləntilərini də bölüşüb: “İştirakımızın əsas məqsədi bir qədər əvvəl qeyd etdiyim kimi, hazırda cihazlarımızdan istifadə edən qurumları yeni texnologiyalarla tanış etmək, hələ cihazlarımızdan istifadə etməyən dövlət qurumları ilə əlaqələr quraraq məhsullarımızı təqdim etmək və onlara qeyd etdiyim imkanları qazandırmaqdır. Bununla da sahədə naməlum maddələrin operativ şəkildə müəyyənləşdirilməsinə və təhlükələrin qarşısının alınmasına töhfə verməyə çalışırıq. Bu baxımdan, sərgidən sonra da fəaliyyətimizi davam etdirəcəyik. Sərginin ilk günündən başlayaraq müxtəlif dövlət qurumlarının nümayəndələri və tərəfdaşlarımızla kifayət qədər çox görüş keçirdik. Qarşıdakı günlərdə də bu görüşləri və əməkdaşlıq istiqamətində apardığımız işləri davam etdirəcəyik. Bizim üçün burada ən böyük qazanc Azərbaycandan olan tərəfdaşlarımıza yeni texnologiyaları təqdim etməkdir. İkinci böyük qazancımız isə azərbaycanlı qardaşlarımızla bir araya gəlmək, ünsiyyət qurmaq və dostluq əlaqələrimizi daha da möhkəmləndirməkdir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri