Icma.az
close
up
RU
Baş direktor: AQEM beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malikdir

Baş direktor: AQEM beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malikdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 sentyabr, AZƏRTAC

Bu gün Asiya dünya əhalisinin 60 faizini təşkil edir və qlobal inkişafın mühüm mərkəzlərindən birinə çevrilib. Bununla belə, təəssüf ki, regionumuzda təhlükəsizlik problemləri hələ də qalıb. Asiyada sabitliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi bütün dövlətlər üçün prioritet olmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beyin Mərkəzləri Forumunun 13-cü iclasının “İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması” mövzulu sessiyasında Banqladeşin Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun Baş direktoru İftekhar Anis deyib.

O qeyd edib ki, hazırda Banqladeşdə məcburi köçkünlərin sayının artması, eləcə də Şərqdə yaranan münaqişələrin qaçqın və məcburi köçkün böhranını dərinləşdirməsi narahatedici məqamdır. Bununla yanaşı, qeyri-ənənəvi təhlükələr, yəni, terrorizm, kibertəhlükəsizlik problemləri, iqlim dəyişikliyi və pandemiyalar getdikcə daha çox gündəmə gəlir.

“Asiya həm də təbii fəlakətlərdən ən çox təsirlənən regionlardan biridir. Statistikaya görə, yalnız 2020-ci ildən bəri regionda təbii fəlakətlərin iqtisadi nəticələri 30 faiz artıb. Qida və enerji təhlükəsizliyi məsələləri isə münaqişələrin dərinləşməsinə yol açır. Bunlar bizim görməli olduğumuz reallıqlardır. Lakin mən əminəm ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) bu problemlərin həlli üçün ideal platforma ola bilər. Bu təşkilat üzv ölkələr arasında dialoqu gücləndirmək, birgə təşəbbüslər irəli sürmək və beynəlxalq əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək baxımından mühüm imkanlara malikdir. Biz AQEM-in rolunu gücləndirməliyik. Terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik, iqlim dəyişikliyi ilə mübarizə, pandemiyaların nəticələrinin aradan qaldırılması kimi sahələrdə birgə tədbirlər görülməlidir. Texnologiya və logistika imkanlarının genişləndirilməsi isə regional əməkdaşlığı daha da səmərəli edə bilər”, - deyə Baş direktor vurğulayıb.

O əlavə edib ki, Asiyada təhlükəsiz idarəetmə mexanizmlərinin yaradılması bu regionun gələcəyi üçün prioritet istiqamətlərdən biri olmalıdır. Ancaq bu yolla dayanıqlı sabitlik və inkişafı təmin etmək mümkün ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri