Icma.az
close
up
RU
AQEM mühüm beynəlxalq platformadır

AQEM mühüm beynəlxalq platformadır

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkandır. Bakıda  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun (SIIS) birgə təşkilatçılığı ilə “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının keçirilməsi də bunun göstəricisidir.

Azərbaycanın sədrliyi ilə keçirilən ilk forum...

Forumun açılış mərasimində çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay qeyd edib ki, builki toplantı xüsusi önəm daşıyır, çünki Azərbaycanın sədrliyi ilə keçirilən ilk beyin mərkəzləri forumudur. Onun sözlərinə görə, AQEM səmərəliliyin artırılmasını əsas prioritet hesab edir. Bu gün Asiya elm və texnologiya sahəsində yüksələn nüfuzu ilə qlobal inkişafın mühüm mərkəzinə çevrilir. Dövlətlərin artan qarşılıqlı asılılığı fonunda AQEM-in dəyəri bir daha aydın görünür. Bu, Asiya ölkələrinin strateji baxışlarını bölüşməsi üçün vacib platformadır.

SIIS-in prezidenti Çen Dongxiao isə AQEM-in Beyin Mərkəzləri Forumunun önəmini özünü, ilk növbədə, dialoq imkanlarında göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, bərabər və səmimi ünsiyyət qlobal qeyri-sabitlik dövründə xüsusilə vacibdir: “Dünyada multilateralizmə qarşı artan skeptisizm müşahidə olunur və yeni konsensusun qurulmasına ehtiyac var. AQEM bu istiqamətdə mühüm platformadır”.

Çinin Xarici İşlər Nazirliyinin Avropa-Mərkəzi Asiya İşləri Departamentinin səfiri Yan Venbin isə vurğulayıb ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik edən Azərbaycan qarşılıqlı fəaliyyət, rəqəmsallaşma və davamlı artım mövzusu çərçivəsində bir sıra mühüm əməkdaşlıq təklifləri irəli sürüb. Yan Venbinin sözlərinə görə, Çin Azərbaycanın sədrliyini dəstəkləmək və AQEM çərçivəsində müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsinə, həmçinin AQEM-in məhsuldar sammitinin uğurla keçirilməsinə fəal töhfə vermək üçün bütün tərəflərlə işləyəcək.

Qeyd edək ki, ikigünlük forum öz işini müxtəlif mövzulara həsr olunmuş iclaslarla davam etdirib. Forumun ilk günündə  Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun direktor müavini Zhao Longun moderatorluğu ilə keçirilən iclasda “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzusu müzakirə olunub. İclasa onlayn formatda qoşulan Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong deyib: “Bu gün Asiyada geosiyasi risklərin aradan qaldırılması və mövcud boşluqların qarşısının alınması məsələsi gündəliyimizin ən aktual mövzularından biridir. Asiya ölkələri regionda bu sahədə nümunə rolunu oynayır və biz, xüsusilə rəqəmsal texnologiya və “yaşıl siyasət” sahələrində yeni vizyona doğru irəliləyirik”.

Zəngəzur dəhlizi barışıq layihəsi olacaq

Şri-Lankanın Lakşman Kadirqamar Beynəlxalq Münasibətlər və Strateji Tədqiqatlar İnstitutunun İdarə Heyətinin üzvü YN Jayarathna foruma onlayn formatda qoşularaq bugünkü strateji vəziyyətin artıq dəyişdiyini və proseslərin sürətlə cərəyan etdiyini deyib: “Asiya artıq beynəlxalq səhnədə öz mövqeyini möhkəmləndirir. Bu mövqenin əsas dayağı isə iqtisadiyyatdır”.

“Avrasiya inteqrasiyasının gücləndirilməsi: “Kəmər və Yol” Təşəbbüsü (BRI), Orta Dəhliz, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (INSTC) və digər təşəbbüslər” mövzusunda keçirilən iclasda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək bildirib ki, Azərbaycanın bu layihələrdə məqsədi kimisə əvəz etmək deyil. Sadəcə, yüklərin qısa zamanda lazım olan nöqtəyə çatdırılmasına kömək göstərməkdir. Onun sözlərinə görə, tarixən İpək Yolu adlanan region təkcə ticarət yox, zəngin mədəniyyət məkanı da olub. Arxeoloji qazıntılar zamanı burada bir çox mədəni abidələr aşkar edilib.

Zəngəzur dəhlizinin potensialı barədə söz açan BMTM sədri Vaşinqtonda əldə edilmiş razılaşmanı xatırladaraq bu marşrutun bir çox ölkələrin ticarət əlaqələrinə mühüm töhfə verəcəyini bildirib: “Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında barışıq layihəsi olacaq. Getdikcə Orta Dəhlizə tələbat artır. Bizim əsas məqsədimiz bu marşrutlara dəyər qatmaqdır”.

Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç Vaşinqtonda atılan tarixi addımın (Azərbaycan-Ermənistan arasında sülh sazişinin paraflanması - red.) yeni səhifənin açılmasına səbəb olduğunu deyib: “İnanıram ki, bu, regionda daimi sülhə gətirib çıxaracaq. Bu təşəbbüs dənizə çıxışı olmayan ölkələr üçün önəm daşıyacaq, həmçinin Orta Asiya ölkələrinin ticari əlaqələrinin inkişafına kömək göstərəcək”. O, Orta Dəhlizin hərtərəfli inkişafın təzahürü olduğunu qeyd edərək, bu marşrutun Asiyanın Avropa ilə birləşdirilməsinə mühüm töhfə verdiyini deyib.

İranın Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Morteza Damanpak Jami isə müasir dünyada iqtisadi və geosiyasi güclərin istiqamət dəyişdirdiyini müşahidə etdiyini diqqətə çatdırıb: “Əgər XX əsrdə qlobal inkişafın mərkəzi əsasən Qərbdə cəmlənmişdisə, bu gün artıq Şərqə doğru bir hərəkət müşahidə olunur”.

Tədbirin ikinci günündə - sentyabrın 10-da isə “Beynəlxalq təşkilat kimi AQEM - transformasiya və institusional potensialın artırılması”, “Yeni Asiya nizamının formalaşması” və digər mövzularda iclaslar keçirilib. Beynəlxalq ekspertlər, mütəxəssislər mövzularla bağlı fikirlərini səsləndiriblər.

AQEM-in perspektivləri böyükdür

Tədbirin bağlanış mərasimində isə AQEM-in  Baş katibi Kayrat Sarıbay bildirib ki, sessiyanın Bakıda keçirilməsi yeni regional perspektivlərə rəng qatmış oldu. Fundamental təhlükəsizliyin vacibliyini qeyd edən Kayrat Sarıbay AQEM-in perspektivlərinin böyük olduğunu deyib. O, bu platformanın regional problemləri, dayanıqlı inkişafı, iqtisadi məsələləri hər zaman diqqətə saxladığını bildirib. Birgə gündəliyin formalaşdırılmasının vacib olduğunu diqqətə çatdıran Baş katib əlavə edib: “AQEM-in fəaliyyət planının gələcək üçün hazırlanması təmin edilməlidir. Biz qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımızı davam etdirməliyik”.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə söyləyib ki, AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası yalnız müzakirələr meydanı deyil, həm də müxtəlif regionlardan gələn ekspertləri, diplomatları və gəncləri bir araya gətirən mühüm platformadır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Forumun 13-cü sessiyasının iştirakçılarına ünvanladığı müraciət də AQEM-ə göstərdiyi diqqət və verdiyi dəyərin bariz nümunəsidir. “Burada keçirdiyimiz iclaslarda çox intellektual, dərin və faydalı müzakirələr apardıq. Çox maraqlı fikirlər səsləndirildi, yeni ideyalar irəli sürüldü. Hesab edirəm ki, bu fikirlər və tövsiyələr gələcəkdə AQEM-in fəaliyyət istiqamətlərinə ciddi töhfə verəcək”, - deyə F.Şəfiyev vurğulayıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın 68 kəndini təmin edən stansiyada transformatorlar yeniləndi İcra başçısı yerində tanış oldu FOTO

30 İyul 2026 20:06see403

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see373

Türk dünyasının birliyi

30 İyul 2026 15:43see371

Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir

30 İyul 2026 21:34see304

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see253

Qəbələdə “Sumqayıt”dan 2 cavabsız qol

30 İyul 2026 21:33see247

Könül Kərimova gənclərə SƏRT SÖZLƏR dedi: Dil uzatmağa başlayırlar”

30 İyul 2026 21:35see235

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see225

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see224

“120 dəqiqəlik oyuna hələ tam hazır deyilik” Qurban Qurbanov

31 İyul 2026 02:28see212

“Windows 11”də RAM problemi tarixə qovuşur

31 İyul 2026 02:28see210

“Real” “Levante”nin hücumçusu Karlos Espini alıb

31 İyul 2026 02:14see200

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see197

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see197

Sautqeyt Premyer Liqada işləyə bilər

31 İyul 2026 01:56see197

Moskvada rusiyalı milyarder həbs edildi

31 İyul 2026 00:27see196

Bu 4 tərəvəzi dondurmayın Səbəb

30 İyul 2026 22:39see191

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see182

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see161

Türkiyədə gözlənilməz həbs: İqtidara yaxınlığı ilə tanınan jurnalist saxlanıldı

31 İyul 2026 05:02see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri