Şarofiddin Xusenov: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 19 may, AZƏRTAC
UNESCO 2027-ci ildə Buxarada konfrans keçirəcək. Bu şəhər, beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir.
AZƏRTAC xəbər verir ki, bunu Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov WUF13 çərçivəsində keçirilən "UNESCO-nun yaradıcı şəhərlər şəbəkəsi və dayanıqlı şəhər inkişafı” adlı panel sessiyada deyib.
O bildirib ki, Buxara bir çox beynəlxalq təşkilatlarla mədəni əməkdaşlığı davam etdirir. "2027-ci ildə UNESCO-nun Buxarada keçirməyi planlaşdırılan konfransı bunun bariz göstəricilərindən biridir. Həmçinin bu şəhər Mərkəzi Asiya regionunda turizm və qonaqpərvərlik şəhəri kimi özünü təsdiq eləməkdədir. Əsas təşviq mexanizmləri sırasında muzeylər, yaradıcı sənaye nümayəndəlikləri və başqa bu kimi şəbəkələri göstərmək olar", - deyə o qeyd edib.
Müxbir - Gülay Nəzərova
Fotomüxbir - Tofiq Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 May 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















