Baş direktor ÜST ə dəstəyinə görə İlham Əliyevə təşəkkür etdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhiyyə sülhə aparan bir körpüdür.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Dr. Tedros Adhanom Qebreyesus bildirib.
Tedros Adhanom Qebreyesus qeyd edib ki, parçalanmış dünyanın birləşməsinə, sülhün bərqərar olmasına səhiyyə böyük töhfə verə bilər.
“ÜST-dəki həmkarlarımızla hər gün işimizi davam etdiririk. Daha dinc dünyanın qurulması yönündə səylərinə, ÜST-ə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”, - Baş direktor əlavə edib.
Baxış sayı:52
Bu xəbər 13 Mart 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















