Baş gizir Heydər Əsədov vəfat etdi
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Azərbaycan Ordusunun baş giziri, Vətən müharibəsi iştirakçısı Heydər Əsədov xərçəng xəstəliyindən dünyasını dəyişib. Bizim.Media xəbər verir ki, 1978-ci il təvəllüdlü Əsədov Heydər Məmmədağa oğlu sakini olduğu Biləsuvar rayonunda vəfat edib.
Orta məktəbi bitirdikdən sonra hərbi tibb kollecində təhsil alan H. Əsədov müxtəlif hərbi hissələrin tibb məntəqələrində çalışıb. Vətənə 25 il ərzində xidmət edən baş gizir, bu yaxınlarda xidmət yolunu tamamlamışdı.
Heydər Əsədov Tovuz, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olub. Göstərdiyi qəhrəmanlıqlara görə çoxsaylı medallarla təltif edilib.
Mərhum ailəli idi, 3 qız övladı var.


Heydər Əsədov vəfat etdi Foto
08 Dekabr 2024 17:12
Heydər Əsədov vəfat etdi FOTO
08 Dekabr 2024 18:29
Azərbaycan Ordusunun baş giziri Heydər Əsədov vəfat edib FOTO
08 Dekabr 2024 16:04
Heydər Əsədov şəhid ailələrinə baş çəkdi Fotolar
21 Dekabr 2024 16:03
Heydər Əsədov mediaya qapalı olacaq?
28 Noyabr 2024 15:33

