Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşə açıqdır, amma…
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüşə açıqdır. Lakin Ağ Ev rəhbəri sülh danışıqlarının birbaşa, yəni Moskva və Kiyev arasında aparılmasının daha məqsədəuyğun olduğunu düşünür.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlama verib.
“Prezident daha əvvəl də bildirmişdi ki, əgər belə bir ehtiyac yaranarsa, bu görüşə açıqdır. Lakin o, hər iki liderin – Putinin və Zelenskinin birbaşa danışıqlar aparmasının tərəfdarıdır”, – deyə Livitt bildirib.
Onun sözlərinə görə, Trampın çağırışı nəticəsində liderlər artıq bir masa arxasına keçiblər.
Livitt həmçinin qeyd edib ki, İstanbulda baş tutan Rusiya-Ukrayna danışıqlarının nəticələrini Tramp özü şərh edəcək.
“Bu danışıqlara dair hansı hisslərin mövcud olduğunu prezidentin öz dilindən eşitmək daha doğru olar”, – o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az
Baxış sayı:145
Bu xəbər 02 İyun 2025 22:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















