Icma.az
close
up
RU
Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Rəşad Sadıqov

Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Rəşad Sadıqov

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. "Zirə" "Sumqayıt"ı son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

"İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Ona baxmayaraq, futbolçular tələblərimizi nəzərə alıb, ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm idi".

"Sabah" - "Neftçi" matçında ev sahibi komandanın start heyətini görəndə, ilk təəssüratınız necə oldu?

- Maraqlı sual verdiniz. Gizlətməyəcəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, start heyətini görəndə məndə bir az məyusluq oldu(gülür). Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. "Neftçi"ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idi, biz də. Onlara da avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.

- Oyunun son 10 dəqiqəsində mərkəzi nöqtə sizlə azarkeşlər arasındakı müzakirə idi. Orada nə baş vermişdi?

- Orada mübahisə etmirdik, müzakirə edirdik. Bilirsiz,"Zirə"nin çoxsaylı azarkeşləri yoxdur. Azarkeşlərlə bir-birimizi üzdən də tanıyırıq. Artıq altı ildir buradayam. Erenlə bağlı sual oldu, mən də sual verirdim ki, onu başa düşmədim. Sonra fikirləşdim ki, bəlkə finaldakı Ereni erkən dəyişiklik etməyimizlə bağlı idi. İssa da , Eren də zədəli idi, mətbuat konfranslarında da bunu demişdim. Yoxsa, əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi? Onun müzakirəsi gedirdi. Azarkeşdilər, istəklidirlər, nıəticə qazanmaq istəyirlər. Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da "Zirə" üçün çox böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən məqam legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu da onu hiss edirdik. Çempionat boyu zədələr, gedənlər...Biz bu mövsüm 6-7-ci yerdə olsaydıq, buna təəccüblənməyəcəmdim. Çünki il başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı.

- Cavid Cəlilov sizin oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə sizin oyununuza təyinat aldı. Oyunun gedişatında hiss olunurdu ki, 50/50-ə olan epizodlarda rəqibin lehinə qərarlar verirdi. Təzyiq hiss edirdiz?

- Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, "Zirə"nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, I Liqaya, Əvəzedicilər Liqasına göndərilən hakimlər "Zİrə"nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır.

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 May 2026 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri