Icma.az
close
up
RU
“Baş hakimin gözündə mənə qarşı nifrət var idi”

“Baş hakimin gözündə mənə qarşı nifrət var idi”

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– “Qarabağ”ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı. Onlara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərərik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan çox razıyam.

– Futbolçuların oyuna xüsusi motivasiya ilə çıxmasının səbəbi nə idi?

– Oyundan qabaq futbolçularla danışmışdıq. Onlara dedim k, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük şansdır. Futbolçular belə matçlarda özlərini göstərməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərlə matça motivasiya olmaq çətin deyil. Nəticə qazanmaq üçün bir az gücümüz çatmadı.

– Baş hakim Əli Əliyev “Qarabağ”ın əvəzedici komandasında oynayıb. Onun “Qarabağ”ın oyunlarına təyinat almasına münasibətiniz necədir?

– Hakimlər Komitənin sədrinə böyük hörmətim var. Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu.

– Qışda komandadan gedəcək futbolçular olacaq?

– Əsas odur ki, kim gələcək. Gedənlərdən daha vacib məsələ gələnlərin olmasıdır. Transferlərin üzərində işləyirik. Beş mövqeyə futbolçu gətirmək istəyirik. Klub rəhbərliyi ilə hər gün danışırıq. Yanvarın 3-ü toplanışa başlayacağıq, 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın səviyyəsi yüksəlib. Bunun səbəbi “Qarabağ”dır. Bütün klublar onların sayəsində səviyyələrini yüksəldirlər. Sonda Azərbaycan xalqını qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Sentyabr 2026 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri