Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nigeriya Premyer Liqasında (NPFL) çıxış edən "Vikki Turists" klubu azarkeşlərinin törətdiyi iğtişaşlara görə ağır cəzaya məruz qalıb.
QOL.az xəbər verir ki, bu barədə Nigeriya Peşəkar Futbol Liqası məlumat yayıb. Belə ki, fevralın 8-də "Katsina Yunayted"ə qarşı keçirilən 25-ci tur oyununda təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.
Məlumata görə, meydan sahiblərinin azarkeşləri qadağan olunmuş zonalara daxil olaraq rəqib komandaya və rəsmilərə hücum çəkiblər. Hadisələr zamanı xəsarət alanlar olub. Ən maraqlı və biabırçı məqam isə azarkeşlərin baş hakimin fitini oğurlaması olub.
Bununla yanaşı, azarkeşlər matçdan sonra hakimləri və qonaq komandanı saatlarla stadionda girov saxlayıblar. Qarşılaşma yaranan xaos səbəbindən 18 dəqiqə gecikib.
Liqa rəhbərliyi "Vikki Turists"ə ümumilikdə 7.5 milyon nayra məbləğində cərimə kəsib.
Qeyd edək ki, qarşılaşma 4:4 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Fevral 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















