Hakimin gözündə mənə qarşı nifrət var idi, mübahisəli qərarlar verirdi Kaxaber Sxadadze
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
"Mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 16-cı turunda "Qarabağ"a 1:2 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Gürcü mütəxəssis oyunun tempinin çox yüksək olduğunu və komandasının yaxşı mübarizə apardığını bildirib:
"Qarabağ"ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı, onlara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq hiss olundu. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərəcək. Bir xal qazansaydıq, yaxşı olardı, amma alınmadı. Buna rəğmən, futbolçularımdan çox razıyam".
Kaxaber Sxadadze oyunularının bügünkü oyuna xüsusi motivasiyə ilə çıxdığına bu cür aydınlıq gətirib:
"Oyundan əvvəl futbolçularla danışdıq. Onlara dedim ki, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük fürsətdir. Belə matçlarda futbolçular özlərini göstərə bilməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərə qarşı motivasiyalı olmaq çətin deyil, amma nəticə qazanmaq üçün bir az gücümüz çatmadı".
Mütəxəssis matçın hakimi Əli Əliyevlə bağlı sensasiyalı fikirlər səsləndirib. Hakimlər Komitəsinin sədrinə hörmət bəslədiyini bildirərək referinin ona qarşı münasibəti barədə fikirlərini səsləndirib:
"Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu".
Baş məşqçi qış fasiləsindəki planlarından da danışıb. O, əsas diqqətin gedənlərə yox, gələnlərə yönəldiyini, 5 mövqeyə transfer etmək istədiklərini və yanvarın 3-də toplanışa başlayıb 3 yoxlama oyunu keçirəcəklərini açıqlayıb. Mütəxəssis sonda çempionatın səviyyəsinin "Qarabağ"ın sayəsində yüksəldiyini vurğulayaraq xalqımızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Dekabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















