Kaxaber Tsxadadze: Mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qəbələ" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadze matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ı təbrik edirəm. Çox yüksək səviyyəli oyun getdi, temp yüksək idi. Komandam yaxşı oynadı. Onlara təşəkkür edirəm. Son 15 dəqiqədə yorğunluq yarandı. Qışda heyəti gücləndirdikdən sonra komanda 77 dəqiqə yox, 90 dəqiqə oynaya bilər və daha yaxşı nəticələr göstərərik. Bir xal qazansaydıq, çox yaxşı olardı. Amma alınmadı. Buna rəğmən futbolçularımdan çox razıyam.
- Futbolçuların oyuna xüsusi motivasiya ilə çıxmasının səbəbi nə idi?
- Oyundan qabaq futbolçularla danışmışdıq. Onlara dedim k, böyük komandalara qarşı oynamaq özlərini göstərmək üçün böyük şansdır. Futbolçular belə matçlarda özlərini göstərməlidir. Heç birinə iradım yoxdur. Belə rəqiblərlə matça motivasiya olmaq çətin deyil. Nəticə qazanmaq üçün bir az gücümüz çatmadı.
- Baş hakim Əli Əliyev "Qarabağ"ın əvəzedici komandasında oynayıb. Onun "Qarabağ"ın oyunlarına təyinat almasına münasibətiniz necədir?
- Hakimlər Komitənin sədrinə böyük hörmətim var. Bu gün mənə elə gəldi ki, baş hakimin gözündə mənə qarşı nifrət var idi. Bəlkə də mənə elə gəlib. Amma gözlər adamı aldatmır. Təki mən yanılım. Bəzi epizodlarda hakimin qərarları mübahisələrə səbəb olurdu.
- Qışda komandadan gedəcək futbolçular olacaq?
- Əsas odur ki, kim gələcək. Gedənlərdən daha vacib məsələ gələnlərin olmasıdır. Transferlərin üzərində işləyirik. Beş mövqeyə futbolçu gətirmək istəyirik. Klub rəhbərliyi ilə hər gün danışırıq. Yanvarın 3-ü toplanışa başlayacağıq, 3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Çempionatın səviyyəsi yüksəlib. Bunun səbəbi "Qarabağ"dır. Bütün klublar onların sayəsində səviyyələrini yüksəldirlər. Sonda Azərbaycan xalqını qarşıdan gələn Yeni İl münasibətilə təbrik edirəm.
Elçin Əlixan
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 21 Dekabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















