Icma.az
close
up
RU
Baş icraçı direktor: Azərbaycan qlobal enerji tranziti bazarının əhəmiyyətli iştirakçısıdır MÜSAHİBƏ

Baş icraçı direktor: Azərbaycan qlobal enerji tranziti bazarının əhəmiyyətli iştirakçısıdır MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 iyun, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC beynəlxalq ticarət və idarəetmə konsaltinq şirkəti “SBI Markets”in təsisçisi və baş icraçı direktoru Sem Bardenlə müsahibəni təqdim edirik.

- Siz uzun illərdir ki, enerji bazarlarının dinamikasını təhlil edirsiniz. Son 10 ildə hansı transformasiyanı ən əhəmiyyətli hesab edirsiniz?

- Ən əhəmiyyətli transformasiya ABŞ-da şist sənayesinin texnoloji tərəqqi nəticəsində sürətlə inkişaf etməsi oldu. Bu, ABŞ-ı neftin xalis ixracatçısına, Səudiyyə Ərəbistanı və Rusiya ilə yanaşı dünyanın üç ən böyük neft istehsalçısından birinə çevirdi. Bu, neft bazarlarının dinamikasını və nəzarətini OPEC-dən uzaqlaşdırır, çünki nə ABŞ, nə də Rusiya OPEC üzvü deyil. Bu da öz növbəsində qlobal neft bazarlarında siyasi dinamikanı dəyişdi və Prezident Trampın həm Səudiyyə Ərəbistanına, həm də Rusiyaya yaxın olmasının səbəbini izah edir.

- Sizcə, 2022-ci il enerji şokundan sonra qlobal enerji bazarı hansı istiqamətdə inkişaf edir?

- Mən hesab edirəm ki, qlobal enerji bazarları müharibələr nəticəsində baş verə biləcək gələcək qiymət şoklarının risklərini azaltmaq məqsədilə daha koordinasiyalı diplomatik və siyasi yanaşmaya doğru hərəkət edəcək. Bu tendensiyaya əsasən BRİKS ölkələri və Qlobal Cənub rəhbərlik edir: inkişaf etməkdə olan iqtisadiyyatlar ideologiyaya deyil, texnologiyaya əsaslanan, bir-birinin suverenliyinə və milli maraqlarına hörmət edən əməkdaşlıq formatında birləşirlər. Bütün bunlar “ticarət vasitəsilə sülh” prinsipinə əsaslanır. Bu, ABŞ-ın rəhbərlik etdiyi 80 illik müharibədən sonrakı təkqütblü dövrdən qlobal çoxqütblü dünya nizamına əsaslı keçid deməkdir.

- Siz neft və qazın perspektivlərini yaşıl enerjiyə keçid kontekstində necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, yaşıl enerjiyə sürətli keçid əhəmiyyətli dərəcədə dayandırılıb. Şişirdilmiş gündəmlər, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə emissiyaları ötürməsi, yaşıl enerjinin hələ də yüksək qiymətə malik olması, eləcə də bərpaolunan enerji bazarlarında sistematik korrupsiya neft və qazın yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub.

Bundan əlavə, unutmamalıyıq ki, dünyada gündəlik təxminən 100 milyon barel neft istehlak olunur və bərpaolunan enerji mənbələri bu həcmi əvəz etməyə qadir deyil, heç vaxt olmayacaq. Biz enerji səmərəliliyinə fokuslanmalıyıq və ya bunu Londonda yerləşən Beynəlxalq Neft Birjasının keçmiş direktoru Kris Kukun adlandırdığı kimi, “minimal enerji dəyəri” prinsipinə əsaslanmalıyıq. Bu yanaşma hər bir istehsal vahidinə düşən enerji sərfiyyatının minimumlaşdırılmasını nəzərdə tutur və bu, böyük dərəcədə siyasi əməkdaşlıqdan asılıdır. BRİKS və Qlobal Cənubun məhz bu sahədə real uğur şansları var. Neft və qaz qlobal iqtisadiyyatın ayrılmaz hissəsi olaraq qalır və ən azı qarşıdakı 150 il ərzində əsas rolunu qoruyub saxlayacaq.

- Enerji axınları dünyada nə dərəcədə ədalətli şəkildə bölüşdürülür? Mövcud bazar arxitekturasından kim qazanır, kim uduzur?

- Artıq qeyd olunduğu kimi, qlobal enerji bazarlarının arxitekturası dəyişməkdədir. Bu transformasiyanı əsasən çoxtərəfli təşəbbüslər, ilk növbədə BRİKS və Qlobal Cənub irəli aparır. Bu isə enerji axınlarının daha ədalətli şəkildə bölüşdürülməsinə və dünya bazarlarında daha şəffaf qiymətqoyma mexanizminin formalaşmasına gətirib çıxarır. Çin bu prosesdə açar rol oynayır. O BRİKS imkanlarından istifadə edərək və Şanxay kimi alternativ qiymət platformaları yaradaraq bu dəyişikliklərə liderlik edir. Bu transformasiyanın əsas uduzanları isə neokonservativlərdir.

- Xammal məhsullarının ticarətində dedollarizasiya ideyasına münasibətiniz necədir? Bu nə dərəcədə realdır və arxasında nə dayanır?

- Amerika dolları yoxa çıxmır və yaxın gələcəkdə dünya ondan istifadəni dayandırmaq fikrində deyil. Lakin çoxtərəfli formatlar çərçivəsində biz artıq dolların tədricən “silahsızlaşdırılması” prosesi ilə üz-üzəyik. ABŞ onu siyasi və iqtisadi təzyiq aləti kimi (xüsusilə sanksiyalar vasitəsilə) istifadə etmək imkanını getdikcə daha çox itirir. Biz görürük ki, bu cür tədbirlər nə İran, nə də Rusiya üçün işləmir, əvəzində isə əsas aktivlərin qiymətqoyma mexanizmini təhrif edir və ticarəti qeyri-rəsmi zonalara və ya ofşor sahələrə aparır. Bu isə olduqca qeyri-effektivdir. Dolların “silahsızlaşdırılması” (yəni onun alətə çevrilməsindən imtina), xüsusilə də əgər Vaşinqton “Amerikanı yenidən qüdrətli edək” (MAGA) strategiyası çərçivəsində irimiqyaslı investisiyalar cəlb etmək istəyirsə, ABŞ-ın öz maraqlarına da cavab verir.

- Ənənəvi OPEC və G7 formatlarından kənarda “enerji alyanslarının” formalaşmasından danışmaq olarmı?

- OPEC əslində ötən əsrin təşkilatıdır. Bu gün neftin üç ən böyük istehsalçısından ikisi bu təşkilata daxil deyil. Real tələbat və təklif nisbəti isə inkişaf etməkdə olan ölkələr, Qlobal Cənub, BRİKS və çoxtərəfli formatlar vasitəsilə formalaşır. Yeni enerji alyansları şəffaflıq və dövlətlər arasında birbaşa hesablaşmalar prinsipi üzərində qurulur.

- Azərbaycanı tranzit və enerji ölkəsi kimi necə qiymətləndirirsiniz? Enerji siyasətinin yenidən dəyərləndirildiyi şəraitdə onun Avropa üçün əhəmiyyəti nə dərəcədədir?

- Azərbaycan xüsusilə təbii qaz seqmentində, əhəmiyyətli neft və qaz ehtiyatlarına və strateji coğrafi mövqeyinə görə qlobal enerji tranziti bazarında mühüm oyunçudur. O Xəzər qazının Avropaya çatdırılmasına yönəlmiş layihə olan Cənub Qaz Dəhlizində əsas rol oynayır və Avropa ölkələrinə qaz ixracını artırır. Rusiya–Ukrayna müharibəsi fonunda, Avropanın Rusiyaya qarşı mövqe tutduğu və Rusiya enerji sektoru ilə açıq və şəffaf ticarətdən — əslində öz zərərinə — məhrum olduğu şəraitdə, Avropa Azərbaycanla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə çalışacaq.

- Azərbaycan bərpaolunan enerji sahəsinə, o cümlədən Qarabağda “yaşıl zonaların” yaradılmasına sərmayə qoyur. Ölkə bu sahədə regional liderə çevrilə bilərmi?

- Bunun mümkünsüz olduğunu göstərən heç bir səbəb yoxdur. Lakin neft və qaz Azərbaycanda hər zaman yaşıl enerjidən daha mühüm rol oynayacaq.

- TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə (Orta Dəhliz) artan marağı necə qiymətləndirirsiniz? Bu marşrutun şimal və cənub yollarına dayanıqlı alternativə çevrilmək şansı varmı?

- TransXəzər dəhlizi əslində Çin ilə Avropa arasında ticarəti təşviq etmək məqsədilə yaradılır. Bu, xüsusilə Rusiya ilə Avropa arasında mümkün siyasi sarsıntılara qarşı bir növ sığorta vasitəsidir. Düşünmürəm ki, o şimal və cənub marşrutlarına tam dayanıqlı alternativ olacaq, lakin onlarla yanaşı “üçlük”də yer tuta bilər. Bu yanaşma BRİKS-in metodologiyasına uyğun gəlir və burada Çin əsas rol oynayır.

- Gələcəkdə Cənubi Qafqazın infrastruktur, enerji memarlığında Çin və İranın rolu nə dərəcədə vacib olacaq?

- Çox vacib. Rusiya da bu prosesdə konstruktiv rol oynayacaq. İran isə qlobal iqtisadiyyatın “yatmış nəhəngidir” – istifadəyə verilməmiş resurslara, strateji əhəmiyyətli minerallara və bütöv regionları birləşdirməyə qadir coğrafi mövqeyə malikdir. Hadisələrin inkişafını izləyin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see254

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see241

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see199

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see196

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see191

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see190

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see188

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see150

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see134

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see132

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see127

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see125

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see122

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see120

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri