Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ekspert: Azərbaycan Avropanın etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı kimi çıxış edir MÜSAHİBƏ

Ekspert: Azərbaycan Avropanın etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı kimi çıxış edir MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycan dəyişən dünya iqtisadiyyatı şəraitində böyümə və inkişaf üçün unikal imkanlara malik, mühüm strateji dönəmdə dayanır. Faydalı coğrafi mövqeyi, zəngin təbii resursları və iddialı islahatları sayəsində ölkənin Avrasiya regionunda əsas oyunçulardan birinə çevrilmək şansı böyükdür. İqtisadi təşəbbüslərin uğurla həyata keçirilməsi və xarici investisiyaların cəlb edilməsi infrastrukturun sürətlə inkişafını və əhalinin həyat səviyyəsinin yüksəlməsini xeyli sürətləndirə bilər. Qeyd etmək lazımdır ki, Azərbaycan yeni qlobal çağırışlara fəal şəkildə adaptasiya olur, qlobal iqtisadiyyatda öz mövqelərini möhkəmləndirir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.

AZƏRTAC irlandiyalı makroiqtisadçı, keçmiş investisiya mütəxəssisi Filip Pilkinqton ilə müsahibəni təqdim edir.

- Avropa və Avrasiyada mövcud makroiqtisadi vəziyyəti necə qiymətləndirirsiniz və bu tendensiyalar yaxın 5 ildə Azərbaycan iqtisadiyyatına necə təsir göstərə bilər?

- Avropadakı iqtisadi tendensiyalar, yumşaq desək, heç də ürəkaçan deyil. Qitə ucuz rus qazına çıxışını itirib və bunun fonunda sənayenin tənəzzülü prosesi başlayıb. Bəzi ölkələr, üstəlik, Çinlə ticarət müharibəsinə başlamağa cəhd göstərir. Buna baxmayaraq, Macarıstan və Slovakiya kimi istisnalar da var. Avropanın gələcəkdə Rusiya və Çinlə iqtisadi münasibətlərini necə quracağı hələ də açıq sualdır.

Azərbaycan üçün isə vəziyyət tam fərqlidir. Rusiya qazına çıxışın itirilməsi fonunda Avropanın Azərbaycan qazına marağı xeyli artıb. Bu baxımdan Azərbaycan Avropa üçün etibarlı və getdikcə daha əhəmiyyətli enerji tərəfdaşı rolunu oynayır ki, bu da ölkə iqtisadiyyatına yaxın illərdə müsbət təsir göstərəcək.

- Hansı sahələri xarici investorlar üçün daha perspektivli hesab edirsiniz? Onlar hansı risk və imkanları gözə almalıdırlar?

- Azərbaycanda ən perspektivli sektor, şübhəsiz ki, enerji sahəsidir. Lakin ölkə “holland xəstəliyi” adlanan fenomendən, yəni enerji ixracından həddən artıq asılı vəziyyətə düşməkdən yayınmalı, sənayeni inkişaf etdirməlidir. Mən bilirəm ki, Azərbaycan hökuməti bu riski yaxşı anlayır. Amma düşünmürəm ki, xarici sərmayədarlar digər sektorlar haqqında o qədər də məlumatlı deyillər. Lakin söhbət etdiyim insanların əksəriyyəti hələ də enerji sektorunda diqqəti cəmləyiblər.

- Sizin fikrinizcə, Cənubi Qafqazdakı geosiyasi vəziyyət Azərbaycan və qonşu ölkələrdə investisiya iqliminə necə təsir göstərir?

- Mən hesab edirəm ki, Cənubi Qafqazda, həmçinin İranda və Yaxın Şərqdə mövcud olan geosiyasi vəziyyət bütövlükdə region üçün investisiya baxımından əsas risk amilidir. Mənim fikrimcə, regionun bütün ölkələri nəyin bahasına olursa olsun, sabitliyin qorunmasına maksimal diqqət yetirməlidirlər. Ciddi qeyri-sabitlik yaranacağı təqdirdə region ən azı on il, bəlkə də daha uzun müddət geriyə düşə bilər.

- Azərbaycan neft-qaz sektorundan kənarda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində fəal iş aparır. Bu məqsədə nail olmaq üçün hansı strategiya və yanaşmalar, sizin fikrinizcə daha səmərəli ola bilər?

- Azərbaycanın nəhəng enerji sektoru digər sahələrdən diqqəti və kapitalı uzaqlaşdırmamalıdır. Valyuta siyasətinə diqqət yetirmək vacibdir. Məlumdur ki, Azərbaycan milli valyutası ABŞ dollarına qarşı sabit məzənnəsini qoruyur. Keçmişdə bunun məntiqi əsasları olsa da, hazırda dollar əvvəlki dövrlərlə müqayisədə daha az sabitdir. Buna görə də, Azərbaycanın valyuta siyasətinin ticarət axınlarını daha dəqiq əks etdirməsi və ölkənin rəqabət qabiliyyətini qoruması üçün əsaslı səbəblər mövcuddur.

- Azərbaycan maliyyə bazarının infrastrukturunu necə təkmilləşdirə və böyük həcmdə xarici investisiya cəlb etmək üçün investorların etimadını artıra bilər?

- Qeyd etmək istərdim ki, Azərbaycan Fond Birjasının internet saytı olduqca heyrətamiz görünür. Lakin burada kotirovka olunan şirkətlər barədə açıq şəkildə təqdim olunan məlumatlar çox deyil. İdeal variant odur ki, bu məlumatların mümkün qədər çoxu ictimaiyyət üçün açıq və əlçatan olsun. Fond bazarına investisiya yatırmaq imkanını nəzərdən keçirən, lakin məlumat əldə etmək üçün ödənişlə üzləşən hər bir potensial investor itirilmiş investor deməkdir. Bu məsələdə valyuta siyasəti də mühüm rol oynayır, lakin mən artıq bu barədə danışmışdım.

- Azərbaycan üçün ən aktual makroiqtisadi və siyasi risklər hansılardır və ölkə iqtisadi dayanıqlığını necə gücləndirə bilər?

- Hazırda dünyada nəhəng geosiyasi dəyişikliklər baş verir. Azərbaycan enerji sektoru sayəsində bu dəyişikliklərdən müəyyən fayda əldə edir. Lakin regionda ciddi qeyri-sabitlik yaranacağı təqdirdə, bu üstünlüklərin hamısı itə bilər. Eyni zamanda, Avrasiya quru nəqliyyat dəhlizi üzrə ticarət həcmlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir və mənim fikrimcə, Azərbaycan bu imkanlardan faydalanmaq üçün əlverişli mövqedədir.

- Sizin fikrinizcə, rəqəmsal iqtisadiyyatın və innovativ texnologiyaların inkişafı gələcəkdə Azərbaycanın iqtisadi artımında hansı rolu oynaya bilər?

- Açığını desəm, mən hesab edirəm ki, bu gün rəqəmsal iqtisadiyyatın əhəmiyyəti bir qədər şişirdilir. Hamı ABŞ-da süni intellekt sahəsində bazar dəyərlərinin süni şəkildə şişirdilməsinin müşahidə olunduğunu deyir və məncə, bu, həmin sahədəki real vəziyyətin kifayət qədər dəqiq qiymətləndirilməsidir. Mən hesab edirəm ki, ölkələr diqqətlərini əsas istiqamətlərə, xüsusilə istehsal sahəsinə yönəltməlidirlər. Əlbəttə, istehsal, enerji hasilatı və emalı proseslərinə kömək edə biləcək bir çox yeni və maraqlı texnologiyalar meydana çıxır. Mənim fikrimcə, gələcəyin inkişaf istiqaməti məhz burada – bu sahələrdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri