Icma.az
close
up
RU
Baş katib: Əsas hədəfimiz Dohada Los Anceles Olimpiadasına ilk lisenziyaları qazanmaqdır

Baş katib: Əsas hədəfimiz Dohada Los Anceles Olimpiadasına ilk lisenziyaları qazanmaqdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan atıcıları üçün beynəlxalq mövsüm yaxın günlərdə start götürəcək. Milli komandalar müxtəlif yaş kateqoriyaları və növlər üzrə Dünya və Avropa çempionatlarında iştirak edəcəklər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O bildirib ki, Mərakeşdə keçiriləcək stend atıcılığı üzrə Dünya Kuboku federasiyanın əvvəlcədən təsdiq olunmuş təqvim planına daxil edilməyib: “Bu səbəbdən komandamız həmin turnirdə iştirak etməyəcək. Güllə atıcılığı üzrə beynəlxalq mövsüm isə aprel ayının əvvəlində başlayır. Böyüklərdən ibarət yığmamız İspaniyanın Qranada şəhərində keçiriləcək Dünya Kuboku mərhələsində çıxış edəcək. Aprelin sonunda isə gənclərdən ibarət komandamız Misirdə təşkil olunacaq Dünya Kuboku yarışında qüvvəsini sınayacaq”.

Baş katib qeyd edib ki, stend atıcılarımız üçün növbəti beynəlxalq start may ayında Qazaxıstanda təşkil olunacaq Dünya Kuboku olacaq: “Hazırda milli komanda planlaşdırılmış hazırlıq proqramına uyğun olaraq məşqlərini davam etdirir. Mövsüm ərzində nəzərdə tutulan beynəlxalq yarışlarda müntəzəm iştirak planlaşdırılır”.

Emin Cəfərov ilin əsas hədəf yarışının noyabr ayında Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatı olduğunu diqqətə çatdırıb: “Dünya çempionatı böyük əhəmiyyət daşıyır. Çünki həmin yarışda “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına ilk lisenziyalar uğrunda mübarizə aparılacaq. Bundan əlavə, komandamız il ərzində müxtəlif atıcılıq növləri və yaş kateqoriyaları üzrə keçiriləcək Avropa çempionatlarında da iştirak edəcək. Xüsusilə may ayında Osijek şəhərində 25/50 metr məsafə üzrə, oktyabrda isə Afinada stend atıcılığı üzrə gerçəkləşəcək Avropa çempionatlarında Avropa Oyunlarına vəsiqələr uğrunda mübarizə aparılacaq. Hazırlıq prosesi məhz bu əsas startlara yönəldilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri