Icma.az
close
up
RU
İlk dəfə dünya çempionatına təyinat alan cüdo hakimi: Düşünürəm ki, bu, Los Anceles Olimpiadasına doğru bir sıçrayışdır

İlk dəfə dünya çempionatına təyinat alan cüdo hakimi: Düşünürəm ki, bu, Los Anceles Olimpiadasına doğru bir sıçrayışdır

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan cüdo hakimliyində ilkə imza atdığım üçün çox sevincli və qürurluyam, fəxr hissi keçirirəm. Cüdo tarixinə düşmək çox sevindirici haldır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan cüdo tarixində ilk dəfə böyüklər arasında dünya çempionatına təyinat alan beynəlxalq dərəcəli hakim Nazim Umbayev deyib.

Təcrübəli referi həyəcanlı olduğunu gizlətməyib: "Amma bu, qorxu yox, sevincdən irəli gələn həyəcandır. Çünki illərin təcrübəsi var. Bildiyiniz kimi, beynəlxalq dərəcəli hakim olmaq üçün ACF Tura daxil olmalısan. Artıq 2-3 ildir ACF Turdayam. Böyük Dəbilqə, Qran-pri yarışlarında, Avropa çempionatlarında, Paralimpiya Oyunlarında hakimlik etmişəm. Yəni, artıq məndə bu təcrübə var. Arzuladığım yarışlardan biri dünya çempionatı idi. Orada tək özümü yox, ölkəmi, Azərbaycan cüdosunu təmsil edəcəyəm. Bu, mənim üçün ayrı bir fəxrdir".

N.Umbayevin sözlərinə görə, dünya çempionatına təyinat almaq Yay Olimpiya Oyunları üçün bir sıçrayışdır: "Dünya çempionatına dəvət reytinqdəki sıralamaya uyğun olur. Hazırda ilk "onluq"dayam. Öz üzərimdə işləyib, "beşliy"ə düşməyə çalışacağam. İlk böyük təcrübəm ötən il Paralimpiya Oyunlarında oldu. Düşünürəm ki, dünya çempionatına təyinat 2028-ci il Olimpiya Oyunları üçün bir növ hazırlıq və sıçrayışdır. Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Güman edirəm ki, ev sahibi ölkənin hakimi kimi həmin yarışa da təyinat alacağam. Növbəti olimpiadaya kimi reytinq xallarımı daha da artıracağam. İnanıram ki, Los-Anceles Olimpiadasına da təyinat alacaq, ölkəmizi orada da layiqincə təmsil edəcəyəm".

Qeyd edək ki, bu il cüdo üzrə dünya çempionatı iyunun 13-dən 20-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri