Icma.az
close
up
RU
Baş katib: “Kənardan sakitlik kimi görünə bilər, amma işlər gedir”

Baş katib: “Kənardan sakitlik kimi görünə bilər, amma işlər gedir”

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan millisinin Latviya yığması ilə oyunu ərəfəsində Riqada səfərdə olan AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlər üçün brifinq keçirib.

Futbolpress.az xəbər verir ki, funksioner media nümayəndələrinin suallarını cavablandırıb:

– Bu oyunun sentyabrda başlayacaq seçmə mərhələyə hansı təsiri olacaq?
– Vacib oyundur. Məşq xarakterli oyun olacaq. Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir. Toplanış yaxşı əhval-ruhiyyədə keçir. Məncə, nəticəsi yaxşı olmalıdır.

– Baş məşqçi Fernandu Santuşla fərdi söhbətiniz olubmu? Onun sabahkı görüşdən gözləntisi nədir?
– Təbii ki, olub. Komandadan yaxşı oyun gözləyir. Taktiki və oyunçu seçimi baxımından müəyyən gedişləri olacaq. Məşqçi komandasına güvənir. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

– Sualım İnkişaf Strategiyası ilə bağlı olacaq. Son aylarda bir qədər sakitlikdir. Halbuki, konfransda çıxış edərkən bildirmişdiniz ki, sabahdan islahatlara başlanılacaq. Strategiya ilə bağlı işlər nə yerdədir?
– Yaxşı sualdır. Belə deyim, sakitlik deyil. Daxildə işlər gedir. Kadrlarla bağlı işlərdən başlayıb texniki yöndə islahatlar görülür. Məsələn, son həftələrdə strategiya ilə bağlı qrup yaradılıb. Artıq iki nəfər işləyir. Strategiyaya uyğun rəqəmsal siyasətlə, İP həllərlə bağlı yeni əməkdaşımız işə başlayıb. Deməyim odur ki, kənardan sakitlik kimi görünə bilər, amma işlər gedir. Güman edirəm ki, bunun nəticələrini yaxın zamanlardan etibarən hamı görməyə başlayacaq.

– İcraiyyə Komitəsinin son iclasında Tahir Süleymanovun fikri ilə bağlı məsələ katibliyə tapşırıldı ki, təklif nəzərə alınsın və müzakirə olunsun. Bildiyimə görə, görüş olub. Təklif nə ilə bağlı idi və görüşün nəticələri nə oldu?
– Bəli, təkliflə bağlı Tahir müəllimlə görüşdük. Onun hansı istiqamətdə işləmək istəməsi müzakirə olundu. Danışıldı ki, növbəti görüş də olmalıdır. Tahir müəllim o görüşdə artıq detallı, konkret təkliflə gəlməlidir ki, işimizi davam etdirək.

– Aktual məsələlərdən biri də stadionla bağlıdır. Bu yöndə problemləri olan “İmişli” və “Karvan” növbəti mövsüm Premyer Liqada oynamalıdır.
– Bu, 10 komandadan 12 komandaya keçidin gözlənilən problemləridir. Qərar qəbul olunanda bilirdik ki, qarşımıza bu problem çıxacaq. Hazırda həm “Karvan”, həm də “İmişli” ilə ciddi iş gedir. AFFA onlara köməklik göstərməyə çalışır. Yaxın günlərdə məsələ ilə bağlı irəliləyişi görəcəyik.

– Əvəzedicilər Liqasının ləğv olunması ilə bağlı xəbərlər dolaşır. Bu, müzakirə olunubmu?
– Hazırda heç bir qərar yoxdur. Bəlkə də müzakirə əsnasında belə fikir olub, ancaq ortada konkret qərar yoxdur.

– İnfrastruktur və uşaq futbolu ilə bağlı hansı addımlar atılır?
– İnfrastrukturla bağlı ilk addımlarımızı atmalıyıq və onu hansı istiqamətdə etməli olduğumuzu müəyyənləşdirməliyik. Uşaq futbolu, liqaların keçirilməsində meydança, stadion çatışmazlığı var ki, bunları yoluna qoymalıyıq. Büdcə planlaması çox vacibdir. Bütün işləri birdəfəyə həyata keçirmək olmur, 4 illik layihədir.

– Yaxında İcraiyyə Komitəsinin iclası gözlənilirmi?
– Fikir vermisinizsə, İcraiyyə Komitəsinin iclasları icraçı formatında keçirilir, yəni qərar kimi yox, müzakirələr şəraitində. Növbəti iclas ya iyunun sonu, ya da iyulun əvvəlində baş tutmalıdır. Bu da iş qrafikindən asılıdır. Bəzi işləri başa çatdırmalıyıq ki, İK üzvləri onunla tanış olduqdan sonra iclas keçirilsin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 06 İyun 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri