Baş katibin həqiqətlərlə dolu çıxışı tutduğu vəzifənin əsirinə çevrilməsə...
Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elə bir vəziyyətə gəlmişik ki, düz danışan, doğruları deyən, həqiqətin gözünün içinə dik baxmağı bacaran vəzifə sahibi görəndə qəribə gəlir adama. Yəni belə də olarmış...
AFFA-nın Hesabat Konfransında danışan federasiyanın yeni baş katibi Cahangir Fərəcullayev də geniş futbol ictimaiyyəti qarşısındakı ilk çıxışında həqiqətləri muncuq kimi düzüb, az qala birnəfəsə, bir neçə dəqiqəyə bir neçə onillik problemləri ortaya qoyub.
Baş katib uşaq futbolunu yaralı yerimiz adlandırıb, futbol təhsilinin aşağı olmasını vurğulayıb, infrastruktur və s. çatışmazlıqları qabardıb. Əlbəttə, kimsə deyə bilər ki, problemlər barədə danışmaq hələ onların həll olunacağı demək deyil. Doğrudur, zaman göstərəcək nəticəni.
Cahangir bəyə ən azı ona görə təşəkkür düşür ki, Rövşən Nəcəfdən fərqli olaraq utopik, həm də pafoslu danışmayıb. Olanı deyib, olanı deməkdən çəkinməyib. Yola doğruları deməklə, doğruları görərək çıxmağa qərar verib özü üçün.
Nə yaxşı, nə xoş. Amma narahat eləyən məqam da var... Futbol sahəsinə böyük entuziazmla gələn, lakin zamanla reallıqlarla barışıb hamıdan birinə çevrilən çox adamlar görmüşük arxada qalan illər ərzində. Cahangir bəy də çox istəkli görünür, ortaya ciddi iş qoymaq həvəsi sezilir bu insanda. Əsas odur ki, düşdüyü mühit və tutduğu vəzifənin əsirinə çevrilməsin belə adam.
Həmid
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















