Baş menecerin sualına əsəbləşən Qasperini “Yuventus”un təklifini geri çevirib
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
İtaliyalı baş məşqçi Can Pyero Qasperini Turin klubunun baş meneceri Damien Komollinin təkəbbürlü davranışına görə "Yuventus"un təklifini geri çevirib. Sport24.az xəbər verir ki, bu barədə italyan jurnalist Sandro Sabatini sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Komolli Qasperiniyə zəng edərək "Yuventus" niyə məhz səni seçməlidir" sualını verib. Bu sözlərdən əsəbləşən italyan mütəxəssis "siz mənə zəng etmisiz, mən sizə yox" deyərək, dəstəyi asıb.
Qeyd edək ki, bu ayın əvvəlində "Roma" 67 yaşlı mütəxəssislə müqavilə bağlayıb. komandaya baş məşqçi Qasperinini 2028-ci ilin yayına qədər paytaxt klubunun "sükanı arxasında" olacaq. Onun son iş yeri 2016-cı ilin yayından rəhbərlik etdiyi "Atalanta" olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 İyun 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















