Icma.az
close
up
RU
Baş məşqçimizlə Premyer Liqada da işimizə davam edəcəyik Fariz Nəcəfov

Baş məşqçimizlə Premyer Liqada da işimizə davam edəcəyik Fariz Nəcəfov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, "Qəbələ" 1-ci liqanın 20-ci turunda səfərdə "Baku Sportinq"ə qalib gələrək (5:0) ilk 3-lükdəki yerini təmin edib və Premyer Liqaya vəsiqə qazanıb.

Klub prezidenti Fariz Nəcəfov bununla bağlı "Qəbələ"nin rəsmi saytına müsahibə verib və bir sıra sualları cavablandırıb. 

- Komanda Premyer Liqaya vəsiqə qazandı. Mövsümün qalan hissəsində “Qəbələ”nin hədəfi nə olacaq?

- Birinci liqada qarşıya qoyulan əsas məqsədə vaxtından əvvəl çatmağımız çox xoş oldu. Bu münasibətlə bütün “Qəbələ” azarkeşlərini, komandamızın üzvlərini, əziyyəti olan,uğurumuza sevinən hər kəsi təbrik edirəm. Amma təbii ki, hələ arxayınlaşlmaq olmaz. Mövsümün əvvəlində komandanın qarşısına 1-ci liqanın çempionu olmaq vəzifəsi qoyulmuşdu və bunun üçün də çalışmalıyıq.

- Amma növbəti mövsüm üçün planları artıq qurmaq olar. Büdcədə nə kimi dəyişikliklər olacaq? Elitaya qayıdış büdcənin daha da artırılmasına səbəb ola bilər?

- Komandamız Premyer Liqada çıxış etdiyi əvvəlki illərdə də kuboku qazanacaq, avrokuboklarda çıxış edəcək büdcəyə malik idi. Bu baxımdan deyə bilərəm ki, növbəti mövsüm də mübariz komanda formalaşdırmaq üçün dövlətin ayırdığı vəsaitdən əlavə lazım olan vəsaiti əldə etməyə çalışacağıq.

- Azarkeşləri maraqlandıran məsələlərdən biri də məşqçilər korpusu ilə bağlıdır…

- Ötən mövsüm hazırki məşqçilər korpusu ilə müqavilə bağlayanda 1-ci Liqaya düşəcəyimiz halda atacağımız addımları da müzakirə etmişdik. Klub olaraq hər zaman uzun müddətli proyektlərin üzərində işlədiyimiz üçün məşqçilər korpusu ilə də müqavilə müddəti 3 illik nəzərdə tutulmuşdu. Proyektimizin davamı olaraq da növbəti mövsüm Premyer Liqada dəyişiklik etmək fikrimiz yoxdu. Baş məşqçimizdən və köməkçilərindən razıyıq, onlarla işimizə davam edəcəyik.

- Komandanın heyətində bu il akademiyanın yetirməsi olan gənc futbolçular çoxluq təşkil edib. Gələn mövsüm Premyer Liqada da gənc futbolçuların xidmətindən daha çox yararlanmağı düşünürsünüz?

- İstənilən halda elitaya yüksəldiyimiz üçün heyətdə dəyişikliklər etmək məcburiyyətindəyik. “Qəbələ” futbol klubunun hər zaman əsas prioriteti gənc futbolçuları peşəkar şəkildə, milli komanda səviyyəsinə qədər yetişdirmək olub. Bu mövsüm də komandamızın əksər futbolçuları akademiyamızın yetirməsi olan gənc futbolçular idi. Sevindirici haldır ki, bu il aşağı dəstədə mübarizə aparmağımıza baxmayaraq akademiyamızın yetirməsi olan Şahin Şahniyarov milli komandaya dəvət aldı. Məşqçilərin qarşısına qoyulan vəzifələrdən biri də akademiyamızın yetirmələrini daha yuxarı səviyyəyə çatdırmaqdır. Bu siyasətimiz Premyer Liqada da davam edəcək.

- Növbəti mövsüm üçün AFFA-nın verdiyi qərarlardan biri də legioner limitinin ləğvi ilə bağlı oldu. Bu qərar komandanın formalaşmasına necə təsir göstərəcək? Legioner futbolçuların transferi gözlənilir?

- Əlbəttə, müasir futbolu legionersiz təsəvvür etmək çətindir. Bu baxımdan imkanlarımız daxilində daha potensiallı və uzun müddət xidmətlərindən yararlana biləcəyimiz futbolçuların transferi də qaçılmazdır. Yenə də bu istiqamətdə fəaliyyətimiz davam edəcək və keyfiyyətli əcnəbiləri cəlb etməyə çalışacağıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Aprel 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri