Baş Muğan kanalında kişi meyiti tapıldı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində kişi meyiti tapılıb.
Axar.az xəbər verir ki, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal edilən Nürəddin Məmmədovun axtarışı üçün Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Aparılan axtarışlar nəticəsində bu gün saat 17 radələrində Baş Muğan Kanalının İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində adıçəkilən şəxsin meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Baş Muğan kanalında batan var
22 Avqust 2025 15:35
Türkiyədə suvarma kanalında kişi meyiti tapıldı
09 Aprel 2025 13:24
Marneulidə su kanalında uşaq meyiti tapıldı
17 İyun 2025 17:54
Şirvan kanalında batan Ağdaş sakininin meyiti tapıldı
13 Noyabr 2024 11:35
Yuxarı Qarabağ kanalında batan gəncin meyiti tapıldı
07 Fevral 2025 12:55

