Icma.az
close
up
RU
Baş nazir: Azərbaycan Gürcüstan enerji əməkdaşlığı birgə strateji baxışın təzahürüdür

Baş nazir: Azərbaycan Gürcüstan enerji əməkdaşlığı birgə strateji baxışın təzahürüdür

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan-Gürcüstan energetika sahəsində əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür.

APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.

Baş nazir deyib ki, bu strateji tərəfdaşlıq artıq regional sərhədləri aşaraq beynəlxalq əməkdaşlığın uğurlu nümunəsinə çevrilib: “Azərbaycan-Gürcüstan energetika əməkdaşlığı təkcə iqtisadi maraqlara deyil, həm də regionun sabitliyi və inkişafına yönəlmiş birgə strateji baxışın təzahürüdür. Bu əməkdaşlığın əsasını Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, Bakı–Tbilisi–Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələr təşkil edir. Bu layihələr regionumuzun geosiyasi mənzərəsini dəyişmiş, enerji resurslarının təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarına çatdırılmasını təmin edib. Xüsusilə də Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji təhlükəsizliyinin vacib komponentinə çevrilib. Son aylarda Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı artaraq 14-ə çatıb ki, onlardan 10-u Avropa ölkəsidir. Bu gün biz artıq neft-qaz sahəsindəki uğurlu əməkdaşlığımızı yeni mərhələyə yüksəldərək, yaşıl enerji istiqamətində inkişaf etdiririk. Azərbaycan və Gürcüstan bərpa olunan enerji mənbələrinin inkişafı və “Xəzər – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” təşəbbüsü çərçivəsində də güclü tərəfdaşlar kimi çıxış edirlər. Bu, bizim gələcəyə yönəlmiş ortaq baxışımızın və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyimizin göstəricisidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri