Baş nazir dərin dövlət dən danışdı xəbərdarlıq etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə “dərin dövlət” adlandırdığı qüvvələrin rusofobiyanı süni şəkildə qızışdırmağa və ölkəni yeni təxribata cəlb etməyə çalışdığını bildirib.
Modern.az xəbər verir ki, Kobaxidze bu barədə açıqlamasında bildirib.
Baş nazirin sözlərinə görə, 2022-ci ildə Ukraynada münaqişə başlayandan sonra xarici qüvvələr Gürcüstanda “ikinci cəbhə” açılmasına, daha sonra isə ölkənin Rusiyaya qarşı sanksiyalara qoşulmasına nail olmağa çalışıblar.
“İndi hakimiyyəti özlərinə tabe etdirə bilmədikləri üçün ölkəni yeni təxribata cəlb etməyə çalışırlar. Məqsəd guya Gürcüstanda rusofob əhval-ruhiyyənin olması görüntüsünü yaradaraq Rusiya hakimiyyətinin ölkə ilə bütün iqtisadi əlaqələri kəsməsinə nail olmaqdır”, – Kobaxidze bildirib.
O hesab edir ki, kampaniyanın əsas məqsədi Gürcüstan iqtisadiyyatına zərbə vurmaq, xalqlar arasında düşmənçilik yaratmaq və vəziyyəti hərbi qarşıdurma həddinə çatdırmaqdır.
Qeyd edək ki, daha əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Rusiya turistlərinə qarşı aparılan informasiya kampaniyası ilə bağlı təxribat maddəsi üzrə araşdırmaya başlayıb. Xidmətin versiyasına görə, kampaniya ölkə xaricindən idarə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















