Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən XQ-ə bildiriblər ki, görüşdə Laos Prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksəksəviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyevlə keçirilmiş görüşün və prezidentlərin görüşü zamanı qəbul edilmiş Birgə Bəyanatın Azərbaycan-Laos əlaqələrinin inkişafına mühüm təkan verəcəyi qeyd olunub.
Laos Prezidentinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşündə iştirakının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın 2024–2026-cı illər üzrə sədrliyi dövründə AQEM-in institusional inkişafı, yeni əməkdaşlıq platformalarının yaradılması və praktiki təşəbbüslərin irəli sürülməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə ticarət-iqtisadi, nəqliyyat-logistika, energetika, humanitar, minatəmizləmə və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















