Baş nazir Əli Əsədov UNICEFin icraçı direktoru ilə görüşüb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə göstərilən böyük etimadın bariz nümunəsi kimi qiymətləndirilib.
Azərbaycan ilə UNICEF arasında birgə həyata keçirilən layihələr nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Baş nazir Əli Əsədov UNICEFin icraçı direktoru ilə görüşüb
11 Noyabr 2024 21:20

