Baş nazir iclas keçirdi Qurumlara bu tapşırıqları verdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İyunun 11-də Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər, həlli vacib infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri, eləcə də Xidmət sektorunun iqtisadi artımda rolu və inkişaf potensialı, Xidmət sektorunda müəyyən edilmiş prioritet istiqamətlər və təkliflər və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatları dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təkliflər nəzərə alınmaqla müvafiq qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 İyun 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















