COP31 də təşəbbüs: tullantı istilik yaxınlıqdakı evlərə yönləndirilsin
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransında data mərkəzlərinin ekoloji təsirinin azaldılmasına dair könüllü təşəbbüs irəli sürülüb. Türkiyə və Beynəlxalq Telekommunikasiya İttifaqının təqdim etdiyi təşəbbüs data mərkəzlərinin təmiz enerji ilə işləməsini, elektrik və su ehtiyatlarından səmərəli istifadə etməsini, həmçinin ətraf mühitə təsirləri barədə daha şəffaf məlumat verməsini nəzərdə tutur.
BMT-nin iqlim məsələləri üzrə rəhbəri Saymon Stil bildirib ki, insanlardan bu gün daha yüksək enerji xərclərini və daha çox çirklənməni qəbul etmələrini, bunun müqabilində isə gələcəkdə daha yaxşı nəticələr vəd edilməsini tələb etmək olmaz. ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor data mərkəzlərinin karbon emissiyası yaratmayan enerji mənbələri ilə təmin edilməsinin vacibliyini vurğulasa da, süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə böyük imkanlar açacağına ümid etdiyini bildirib.
Digər tərəfdən, ekoloji təşkilatların nümayəndələri texnologiyanın gələcək faydalarının hazırkı ekoloji zərərləri kölgədə qoymamalı olduğunu bildirirlər. Araşdırmada problemin həlli yollarından biri kimi data mərkəzlərində yaranan artıq istiliyin təkrar istifadəsi göstərilir.
Mütəxəssislər hesab edirlər ki, serverlərin fəaliyyəti nəticəsində yaranan istilik yaxınlıqdakı yaşayış evlərinin, müəssisələrin qızdırılmasında və hətta əlavə elektrik enerjisinin istehsalında istifadə edilə bilər. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, bu istilikdən səmərəli istifadə olunarsa, 2030-cu ilədək Avropadakı evlərin təxminən 10 faizinin istilik tələbatını qarşılamaq mümkün ola bilər. Süni intellektin inkişafı ilə enerji tələbatı da artır. Buna görə də texnologiyanın gələcək inkişafı təmiz enerji mənbələri, resurslardan səmərəli istifadə və ekoloji şəffaflıq prinsipləri əsasında qurulmalıdır.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 17 Noyabr 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















