Icma.az
close
up
RU
Baş nazir üçün göz muncuğu

Baş nazir üçün göz muncuğu

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Onilliklər ərzində dünya şöhrətli liderlərinin rəhbərliyi altında Avropa siyasətinə istiqamət vermiş və qlobal siyasətə kifayət qədər təsir gücünə malik olmuş Fransa Respublikası Emannuel Makronun prezidentliyi dövründə özünün ən böhranlı illərini yaşayır.

Keçən il əvvəlcə Avropa parlamentinə seçkilərdə və ardınca növbədənkənar milli parlament seçkilərində amansız məğlubiyyətə uğramış iqtidar partiyasının ölkə daxilində ictimai-siyasi və iqtisadi sabitliyi təmin etmək üçün hər hansı aydın bir planı yoxdur. Son iki ildə Fransada 5 baş nazir dəyişib. Sonuncu baş nazir Sebastyan Lekornyu cəmi 26 gün bu vəzifədə qala bildi. Növbəti addımın nədən ibarət ola biləcəyi isə hamını düşündürən əsas suala çevrilib.

Mövcud durumla bağlı vəziyyəti GBH telekanalına şərh edən Fransa senatoru Natali Qule Fransanın “davamlı qeyri-sabitlik zolağında” olduğunu bildirib. Senator qeyd edib ki, bu son 67 il ərzində Fransada görünməmiş bir vəziyyətdir və hələ də bu vəziyyətdən birmənalı çıxış yolu görünmür. Natali Qule Makronun istefa verəcəyinə inanmır. Parlamentin yenidən buraxılması və yeni seçkilərin keçirilməsi də riskli görünür. Gələn ilki növbəti bələdiyyə seçkiləri ilə bərabər eyni ildə həm də yeni parlament seçkilərinin keçirilməsinin ölkədə hərc-mərclik yarada biləcəyi hamını qorxudur. Natali Qule hesab edir ki, Fransada vətəndaşla siyasi sistem arasında böyük bir güvənsizlik yaranıb. Bu isə gələcək seçkilərdə ultra-sağçı siyasi qüvvələrin xeyrinə işləyir. Mövcud vəziyyət ölkənin daxili sabitliyinə kifayət qədər mənfi təsir göstərməklə yanaşı həm də beynəlxalq siyasətdə Fransanın roluna kifayət qədər dağıdıcı təsir göstərir. Senator bildirib ki, Fransa beynəlxalq tərəfdaşları və ortaqları qarşısında etimadını itirmək təhlükəsi ilə üz-üzədir.

Aparıcının “Çıxış yolunu nədə görürsünüz” sualına Natali Qule maraqlı bir cavab verib: “Qarşıdan büdcə müzakirələri gəlir, amma hökümət yoxdur. Düşünürəm ki, bəlkə mərkəzçi qüvvələr bir araya gəlib ümumi maraqlara cavab verəcək ortaq bir milli hökümət qura bilərlər. Əgər bu baş verərsə öz ofisimdə saxladığım nəzər muncuğunu yeni seçiləcək baş nazirə təqdim edəcəm. Məncə növbəti baş nazirin bu muncuğa daha çox ehtiyacı olacaq. Onun uğurlu olması üçün öz göz muncuğumu da ona hədiyyə etməyə hazıram. Məndə başqa biri də var.”

Beləliklə Fransa siyasi mühitində paradoksal bir vəziyyət yaranıb. Xalq iqtidara və onun qurduğu hökümətə inanmır. İqtidar isə yeni seçkilər elan edilsə belə həmin seçkilərdə qələbə qazanacağına heç inanmır. Siyasi elita arasında danışıqlar yolu ilə milli barışıq höküməti yaradılacağı halda da növbəti baş nazirin uğurlu olacağı şübhəli görünür. Yeganə ümid Natali Qulenin göz muncuğuna qalıb.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri