Baş nazirdən ödənişli yollarla bağlı yeni qərar
Icma.az, Axar.az saytına istinadən bildirir.
Nazirlər Kabineti 6 mart 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası"nda dəyişiklik edib.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyət yaradacaq.
İndiyə qədər yalnız ödəniş məntəqəsindən keçmədən kənar yollardan istifadə etməklə, ödənişli avtomagistraldan çıxmaq və ya ödənişli avtomagistrala daxil olmaq məsuliyyət yaradırdı.
Baxış sayı:71
Bu xəbər 04 Avqust 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















