Baş nazirin ayaqları “itdi” Sosial şəbəkələrdə lağa qoyuldu
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes Seutadakı miqrant böhranı ilə bağlı keçirilən fövqəladə iclasdan yayımlanan uğursuz fotosuna görə sosial şəbəkələrdə mem obyektinə çevrilib.
“Qafqazinfo” “El Mundo” qəzetinə istinadən xəbər verir ki, “Pedro Sançesin ayaqları haradadır?” başlıqlı məqalədə siyasətçinin komandası ilə mühüm görüş zamanı monitora diqqətlə baxdığı əks olunub.
Masanın üzərində bir neçə vərəq kağız olsa da, şüşə səthin altında Baş nazirin ayaqları nəzərə çarpmır. İnternet istifadəçilərinin bəziləri siyasətçinin uğursuz rakurs və ya mətbuat xidmətinin fotoşop müdaxiləsi səbəbindən ayaqlarının “itdiyini” bildiriblər.
İstifadəçilər baş verənlərə yumorla yanaşaraq Sançesin masanın arxasında alt paltarında olduğunu və fotonun redaktəsi zamanı onun ayaqlarının silindiyini ehtimal ediblər.
Qeyd edək ki, sözügedən paylaşım sosial şəbəkələrin İspaniya seqmentində viral olub.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 08 Avqust 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















