Icma.az
close
up
RU
Baş nazirin müavini: Ermənistan ərazisində TRIPP bağlantı layihəsinin həyata keçirilməsi razılaşdırılıb

Baş nazirin müavini: Ermənistan ərazisində TRIPP bağlantı layihəsinin həyata keçirilməsi razılaşdırılıb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsinin həyata keçirilməsi razılaşdırılıb.

APA xəbər verir ki, bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Baş nazirin müavini Şahin Mustafayev deyib.

Baş nazirin müavini qeyd edib ki, bu layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat kommunikasiyalarının inteqrasiyasını təmin edən planın tərkib hissəsidir: “Şübhəsiz, layihənin ölkəmiz üçün strateji önəm kəsb edən əsas məqamlarından biri Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikası və əks istiqamətdə maneəsiz hərəkətin təmin edilməsidir. Yeni dəhlizin açılması Naxçıvanın ölkəmizin digər bölgələri ilə daha sıx inteqrasiyasına xidmət edəcək. Məlum olduğu kimi, keçən əsrin 80-ci illərin sonunadək göstərilən marşrutla dəmiryolu daşımaları həyata keçirilib. Eyni zamanda ötən əsrin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin Şəxsi təşəbbüsü və dəstəyi ilə ilk olaraq Bakı-Şirvan-Füzuli-Cəbrayıl-Zəngilan-Mincivan-Nüvədi-Meqri-Naxçıvan marşrutu üzrə avtomobil yolu layihəsinin icrasına başlanılıb. Bu yolun Azərbaycanın ərazisində yerləşən 184 km hissəsi yenidən çəkilib, 200 km hissəsində mövcud yolda yenidənqurma işləri həyata keçirilib, Mincivan-Nüvədi hissəsində inşaat işləri yekunlaşdırılaraq 80-ci illərin sonlarında istifadəyə verilib. Məlum hadisələrdən sonra 80-ci illərin sonlarında Ermənistan ərazisində dəmiryolunun fəaliyyəti və avtomobil yolunun tikintisi dayandırılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş bu işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək reallığa çevrilir. Avropa və Asiya arasında mühüm ticarət marşrutu kimi böyük potensiala malik olan, Zəngəzurdan keçən yeni nəqliyyat dəhlizi regionda nəqliyyat əlaqələrinin inkişaf etdirilməsinə, eyni zamanda ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verəcək. Layihənin reallaşması ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi üzrə Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Türkiyə üzərindən Avropaya və əks istiqamətdə yük daşımalarında mühüm rol oynaya biləcək yeni marşrut açılacaq. Bununla yanaşı yeni nəqliyyat bağlantısı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir qolu kimi onun inkişafına təkan verəcək, xüsusilə Fars körfəzi-Qara Dəniz və Cənubi Qafqaz ölkələrinin daşımalarının səmərəliliyinin artmasına xidmət edəcək. Dəhliz sadəcə infrastruktur layihəsi deyil, həm də Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən yeni iqtisadi arteriyadır. Bu dəhliz mövcud marşrutlara alternativ olaraq daha yüksək buraxılış qabiliyyətinə malikdir”.

Şahin Mustafayev qeyd edib ki, hesablamalara görə dəhlizin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini ildə 15 milyon ton artıracaqdır. Bununla yanaşı, dəhliz Azərbaycanın əsas ərazisini Türkiyə və Avrasiya ilə bağlayan strateji körpüdür, eyni zamanda Cənub-Şərqi Asiya və Fars Körfəzini Şimali Avropa ölkələri ilə əlaqələndirən yeni arteriya rolunu oynayacaq: “Azərbaycan mövcud iqtisadi və nəqliyyat potensialını reallaşdırmaq üçün artıq bir sıra iri infrastruktur layihələri həyata keçirmiş və keçirməkdədir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu strategiyanın əsas sütunlarındandır. Bakı-Tbilisi-Qars dəmiryolunun daşıma imkanları ildə 5 milyon tonadək artırılmış, Bakı Limanının illik yükaşırma qabiliyyəti 2030-cu ilə qədər 25 milyon tona, konteyner tutumu isə 500 min konteynerə qədər artırılacaq. Əlavə olaraq Karqo terminalı multimodal daşımaları gücləndirəcək”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, 2021-ci ildən Horadiz–Ağbənd dəmir yolunun tikintisinə başlanılmışdır. Ümumi uzunluğu 110 kilometr olan bu xəttin artıq 76 kilometri tamamlanıb: “Dəmir yolu ilə yanaşı Horadiz–Ağbənd avtomobil yolunun da inşası davam etdirilir və 95 faizi icra olunub. Artan yük həcmlərini təmin etmək üçün Naxçıvan dəmiryolu və avtomobil yollarının da yenidən qurulması işləri paralel olaraq aparılacaq. Avtomobil yolları açılandan sonra Fars-Körfəzi-Naxçıvan-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Qara Dəniz avtomobil marşrutu Fars Körfəzini Qara Dənizə bağlayan yeni bir marşrut olacaq. İqlim və relyefinə görə bu marşrut il boyu daimi fəaliyyət göstərəcək. Həyata keçirilən vacib infrastruktur layihələrindən biri Araz çayı üzərində inşa olunan avtomobil körpüləridir. Ağbənd–Kəlalə və Ordubad–Siyahrud yeni avtomobil körpüləri Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək əlavə bağlantı olmaqla yanaşı region ölkələri arasında böyükhəcmli beynəlxalq daşımalara imkan yaradacaq”.

Şahin Mustafayev nəzərə çatdırıb ki, bir neçə gün öncə Türkiyə ilə Naxçıvanı birləşdirəcək Qars-Iğdır-Aralık-Dilucu dəmir yolu xəttinin tikintisinə də start verilib: “Uzunluğu 224 km olan və Avropa bazarlarına çıxışı təmin edəcək bu xəttin illik daşıma gücü 15 milyon ton yük təşkil edəcək. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və yükdaşımaların fasiləsiz şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətli infrastruktur imkanlarına malik olduğu üçün hər iki istiqamətdə tranzit yüklərin daşınmasında və aşırılmasında, ölkəmiz mühüm rola malikdir. Bu baxımdan ölkəmiz böyük həcmdə yükləri daşımaq, aşırmaq və idarə etmək mərkəzinə çevrilib. Bütün bunlarla yanaşı kommunikasiyaların açılması həm də Cənubi Qafqazın enerji xəritəsini yenidən formalaşdıracaq, xüsusən də Azərbaycanın Avropaya və dünyaya enerji tranzit rolunu daha da artıracaq. Kommunikasiyalarının açılması regionda sülhün təmin olunması üçün tarixi bir fürsətdir. Azərbaycan isə öz növbəsində bu dəhliz vasitəsilə regionda sabitliyin və əməkdaşlığın təşviqçisi kimi çıxış edir. Beləliklə, Vaşinqtonda imzalanmış sənədlərin, əldə olunmuş razılaşmaların reallaşdırılması təkcə komunikassiyaların açılması deyil, bölgəmizdə sabitliyi və dövlətlər arasında etimadı təmin edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://apa.az
archiveBu xəbər 27 Avqust 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri