Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 7-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra Baş prokuror Gəncə Memorial Kompleksini ziyarət edib, memorial lövhənin önünə gül dəstələri qoyub.
Qəbulda iştirak etmiş 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Gəncə şəhərində xidmət aparan prokurorluq əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulmuş, yeni xidməti mənzillər istifadəyə verilib.
Baş prokuror mənzillərə baxış keçirərək yaradılmış şəraitlə tanış olub, əməkdaşların sosial-məişət təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Baş prokuror yaradılmış şəraitin dövlət başçısı cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğunu qeyd edib, göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər regionlarda xidmət aparan prokurorluq əməkdaşlarının yaşayış və xidmət şəraitinin yaxşılaşdırılmasına, onların xidməti vəzifələrini səmərəli və layiqincə yerinə yetirmələri üçün zəruri şəraitin təmin olunmasına xidmət edir.
Prokurorluq əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və xidmət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də müvafiq infrastrukturun inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Oktyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















