Icma.az
close
up
RU
Baş prokuror mərakeş və iraqlı həmkarları ilə görüşdü

Baş prokuror mərakeş və iraqlı həmkarları ilə görüşdü

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Baş prokuror Kamran Əliyev Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti Məhəmməd Benalilu, həmçinin İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı doktor Məhəmməd Əli əl-Lami ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Lent.az xəbər verir ki, görüşlər oktyabrın 27 və 28-i tarixlərində Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində baş tutub.

Görüşlərdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən hüquqi və institusional islahatlar barədə məlumat verib. Dövlət başçısının 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planını təsdiq etməsi ilə bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, korrupsiya risklərinin qarşısının alınması, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və elektronlaşdırılması istiqamətində müəyyən edilmiş prioritetlər diqqətə çatdırılıb.

Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının prezidenti ilə görüşdə Azərbaycan-Mərakeş münasibətlərinin inkişafı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. 

Baş prokuror 2026-cı ilin aprelində Mərakeşə işgüzar səfərini və ölkənin dövlət rəsmiləri ilə keçirdiyi görüşləri xatırladaraq, həmin təmasların ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəni vurğulayıb.

Məhəmməd Benalilu səmimi qəbula görə təşəkkürünü bildirərək, korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin, habelə müvafiq qurumlar arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeşin müvafiq qurumu arasında əməkdaşlığın inkişaf perspektivlərini, qabaqcıl təcrübənin öyrənilməsini və beynəlxalq və regional platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsini müzakirə ediblər.

Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İraq Respublikasının Federal Dürüstlük Komissiyasının komissarı ilə görüşdə Azərbaycan-İraq münasibətlərinin siyasi, iqtisadi və mədəni sahələrdə inkişafı müsbət qiymətləndirilib, İraqın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə beynəlxalq platformalarda göstərdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.

Baş prokuror 2024-cü ilin noyabrında Qətərdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin ikinci yüksək səviyyəli görüşü çərçivəsində Məhəmməd Əli əl-Lami ilə, habelə 2024-2025-ci illərdə İraqın məhkəmə və prokurorluq orqanlarının rəhbərləri ilə keçirdiyi görüşləri xatırladaraq, bu təmasların hüquqi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Məhəmməd Əli əl-Lami korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. 

Görüşdə iki qurum arasında əməkdaşlığın inkişaf perspektivləri, qabaqcıl təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, eləcə də birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Görüşün yekununda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə İraq Respublikasının Federal Dürüstlük Komissiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri