Icma.az
close
up
RU
Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub

Baş Prokuror Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq: Yeni çağırışlar” mövzusunda mühazirə oxuyub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə təşkil olunub. Tədbirdə akademiyanın professor-müəllim heyəti, tələbələr, Baş Prokurorluğun əməkdaşları, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, görüşü Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov açaraq, akademiyanın rektoru, akademik Arif Mircəlal oğlu Paşayevin salamlarını çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev qeyd edib ki, 2021-ci ildən etibarən Baş Prokurorluqla Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq əlaqələri bu gün uğurla davam edir və yeni məzmunla zənginləşir.

Baş prokuror daha sonra “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə oxuyaraq, rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanlar və qarşıya çıxan çağırışlar barədə geniş məlumat verib.

Mühazirə zamanı rəqəmsallaşma ilə əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanaraq müzakirə olunması üçün aidiyyəti üzrə göndərilmiş qanun layihəsi təqdim edilərək, layihədə Cinayət-Prosessual Məcəlləsinə elektron formada sübutların toplanması, kompüter məlumatlarının sübut kimi qəbul edilməsi və mühafizəsi, kompüter sisteminə baxış, axtarış və götürülməsi, elektron cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi, eləcə də digər əlavə və dəyişikliklərin təklif olunduğu bildirilib.

Vurğulanıb ki, bu təkliflər müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi və effektivliyinin artırılmasını hədəfləyir.

Baş Prokuror, həmçinin “Elektron məhkəməyədək icraat” informasiya sisteminin təsis olunması ilə bağlı təkliflə çıxış edərək bildirib ki, bu sistem cinayət-prosessual fəaliyyətin bütün mərhələlərini rəqəmsal mühitdə həyata keçirərək, istintaq və təhqiqat orqanlarının fəaliyyətinin şəffaflığını artıracaq, prosesin sürətini və səmərəliliyini yüksəldəcək, eyni zamanda cinayət prosesinin iştirakçılarına öz hüquq və vəzifələrini operativ şəkildə yerinə yetirmək imkanı yaradacaq.

Mühazirə zamanı, həmçinin 2023-cü ilin aprel ayından tətbiq olunan “Elektron Prokurorluq” informasiya sisteminin prokurorluq orqanlarında iş proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə çevikliyin və şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, eləcə də cinayət işlərinin məhkəmələrə elektron formada operativ və səmərəli şəkildə göndərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Qeyd olunanlarla yanaşı mühazirənin gedişində məhkəmədə və cinayət mühakimə icraatının gedişində süni intellektin imkanlarından istifadə olunması, bu sahədə xarici ölkələrin təcrübəsi məsələlərinə də toxunulub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri