Icma.az
close
up
RU
Baş prokuror Kamran Əliyev Sinqapurda görüşlər keçirib

Baş prokuror Kamran Əliyev Sinqapurda görüşlər keçirib

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 30-cu illik konfransı və ümumi yığıncağında iştirak məqsədilə Sinqapurda işgüzar səfərdədir.

Baş Prokurorluqdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, "Prokurorun dəyişən rolu və cinayət mühakimə sisteminin idarə edilməsi" mövzusuna həsr olunmuş konfrans çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, o cümlədən süni intellektdən istifadə imkanları, prokurorluq orqanlarının kibercinayətkarlıqla mübarizə təcrübəsi, rəqəmsal sübutların cinayət mühakimə icraatında istifadəsi, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, yeni çağırışlara uyğun birgə təşəbbüslərin həyata keçirilməsi və bu kimi aktual məsələlər müzakirə olunur.

Dünya prokurorlarını bir araya gətirən Assosiasiyanın 30 illik yubileyinə tesadüf edən konfransın açılış mərasimində Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Baş prokuroru Lüsyen Vonq və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Xuan Batista Mahikes çıxış edərək qonaqları salamlayıblar.

Tədbirin açılışında çıxış edən rəsmi şəxslər konfransın cinayətkarlığın müasir təzahürlərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib, onun məhsuldar nəticələr verəcəyinə inamlarını ifadə ediblər.

Açılış mərasimində Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbərliyi tərəfindən çıxış zamanı ötən il Bakı şəhərində keçirilmiş Assosiasiyanın 29-cu illik konfransı xatırlanaraq, bu tədbirin təşkilatın tarixində dünyanın dörd bir yanından ən çox sayda prokurorun iştirak etdiyi mötəbər platformaya çevrildiyi xüsusi vurğulanıb.

Səfər zamanı Baş prokuror Kamran Əliyev Sinqapurun Baş prokuroru Lüsyen Vonq ilə görüş keçirib. Görüş zamanı Kamran Əliyev həmkarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində ölkədə korrupsiyaya qarşı sistemli mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Eyni zamanda, bu sahədə Sinqapurun uğurlu təcrübəsinin öyrənilməsi və tətbiqi istiqamətində maraqlı olduqlarını bildirib.

Görüşdə müasir cinayət formalarının qarşısının alınması, gələcək əməkdaşlığın müqavilə-hüquq bazası ilə möhkəmləndirilməsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Baş prokuror tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edib, göstərilən qonaqpərvərliyə görə Sinqapur tərəfinə təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

Bundan əlavə, tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev Niderland, Gürcüstan, Qazaxıstan, Estoniya, Sloveniya, Lixtenshteyn, Türkiyə, Timor-Leste və Omanın Baş prokurorları, habelə Çin Xalq Respublikasının Baş prokurorunun müavini ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən ekstradisiya, cinayət işləri üzrə hüquqi yardım və digər aktual əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində növbəti günlərdə digər ölkələrin prokurorluq orqanlarının rəhbərləri ilə görüşlərin keçirilməsi və əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur.

Tədbirdə, həmçinin, ölkəmizin İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramil Rzayev də iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri