Icma.az
close
up
RU
Baş prokuror Qətərdə işgüzar səfərdədir FOTOLAR

Baş prokuror Qətərdə işgüzar səfərdədir FOTOLAR

Icma.az, Manset portalına istinadən məlumat verir.

Noyabrın 26-27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Manset.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

İƏT üzvü olan 57 ölkənin Baş prokurorlarının, ədliyyə, daxili işlər nazirlərinin, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşündə ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən danışıb.

Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb. O, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verərək, cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədə etibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrə keçiriləcək tədbirlərə toxunan Baş prokuror Kamran Əliyev BMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin altıncı plenar sessiyasının 2025-ci ilin mayında Bakıda keçiriləcəyini vurğulayaraq həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə ölkəmizin ev sahibi kimi namizədliyinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.

Qətər dövlətinin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində həmin əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib.

Kamran Əliyev Azərbaycan və Qətər prokurorluqları arasında əməkdaşlıq təcrübəsinə dair müsbət nümunələrə istinad edərək, İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı ilə də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabrında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib.

Həmçinin Baş prokuror Pakistan İslam Respublikasının ədliyyə naziri Azam Nazir Tararla görüşüb. Dərin tarixi bağlara malik qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin iqtisadi, hərbi, humanitar və digər istiqamətlərlə yanaşı, hüquqi sahədə də dayanıqlı xarakter alması təqdirəlayiq hal kimi vurğulanıb. Görüşdə transmilli təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

İraq Respublikasının Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami ilə keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən bəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyaya qarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşma memorandumu ilə yeni və daha intensiv müstəviyə qədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

İkitərəfli görüşlərdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib. Görüşdə təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisində müstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda, üzv dövlətlərin cinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedici rolu qeyd olunub.

Görüşdə Baş prokuror tərəfindən istər torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı dövrdə, istərsə də növbəti mərhələdə işğal faktına son qoyulması ilə bağlı İƏT-in ölkəmizin haqq işinə qəbul etdiyi qətnamə və bəyanatlarla daim yaxından dəstək olduğu minnətdarlıq hissi ilə xatırladılıb.

Baş katib Azərbaycan Respublikasının İƏT-in işində göstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkür edib. O, işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı şahidi olduğu bərpa-quruculuq işlərini təqdir edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktının İslam dünyası tərəfindən böyük sevinclə qarşılandığını bildirib.

Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 27 Noyabr 2024 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see967

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see427

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see381

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see290

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see274

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see262

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see220

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see219

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see213

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see212

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see209

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see205

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see192

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see188

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see182

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see176

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see160

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri