Icma.az
close
up
RU
Baş prokuror Vyanada işgüzar səfərdədir FOTOLAR

Baş prokuror Vyanada işgüzar səfərdədir FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Mayın 22-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Cinayətin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyasının sessiyası çərçivəsində Vyana şəhərində işgüzar səfərdə olub.

"Unikal" xəbər verir ki, Baş Prokurorluq və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) arasında əldə olunmuş razılığa əsasən ölkəmizin COP29-da sədrliyi çərçivəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim olunması məqsədilə Azərbaycanın Avstriyadakı Səfirliyinin dəstəyi ilə BMT-nin qərargahında “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün ətraf mühit cinayətlərinə qarşı cinayətin qarşısının alınmasının və ədalət mexanizmlərinin gücləndirilməsi” adlı xüsusi sessiya təşkil edilib.

Tədbiri giriş sözü ilə açan BMT Baş katibinin müavini, BMTNCİ-nin İcraçı direktoru və Vyana ofisinin rəhbəri Qada Vali Azərbaycanın COP29-u uğurla keçirdiyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycanın BMTNCİ ilə səmərəli və konstruktiv əməkdaşlığını alqışlayaraq, bu tərəfdaşlığın qlobal səviyyədə ədalət, təhlükəsizlik və ətraf mühitin qorunması sahələrində daha geniş miqyaslı təşəbbüslərə yol açdığına əminliyini ifadə edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə və peşəkarlıqla təşkil olunduğunu vurğulayaraq, bu mötəbər tədbirin nəticələrinin qlobal miqyasda əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, həmçinin COP29 çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun və BMTNCİ-nin birgə təşkilatçılığı, Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyinin isə həmsədrliyi ilə keçirilmiş “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” mövzusunda yüksək səviyyəli tədbiri beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirib.

COP29-un ölkəmizdə keçirilməsinə, habelə ətraf mühitin mühafizəsi və Azərbaycanın ekoloji cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlər və əldə etdiyi uğurlara həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra Madaqaskarın ətraf mühit və davamlı inkişaf naziri Maks Fonteyn tədbirə video müraciət ünvanlayaraq, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji dayanıqlılıq sahəsində ölkəsinin həyata keçirdiyi təşəbbüslər və əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.

Baş Prokurorluğunun idarə rəisi Elnur Musayev və BƏƏ-nin Daxili İşlər Nazirliyinin idarə rəisi Əhməd Əl-Zəruni çıxış edərək, ətraf mühitin qorunması sahəsində hüquq-mühafizə orqanlarının rolu, bu istiqamətdə tətbiq olunan effektiv mexanizmlər və həyata keçirilmiş uğurlu tədbirlər barədə ətraflı təqdimatlarla çıxış etmişlər.

Sessiyada Vyanada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünaslar, iqlim və ekoloji hüquq üzrə ekspertlər, eləcə də müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 May 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri