Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Baş Prokurorluğun illik hesabatı

Baş Prokurorluğun illik hesabatı

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Giriş nitqi ilə çıxış edən Kamran Əliyev 2025-ci ilin dövlətimiz və xalqımız üçün bir neçə mənada rəmzi əhəmiyyət kəsb etməsi ilə yanaşı, eyni zamanda, mühüm tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik hadisələrlə zəngin bir il olduğunu qeyd edib.

Baş prokuror prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, ötən ildə ölkə ərazisində 31 min 852 cinayət qeydə alınmaqla onların 90,5 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 15 min 766 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1063-ü prokurorluq orqanlarında istintaq olunub.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 700, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 11 min 934 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib. İbtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilmiş materiallar üzrə ümumilikdə 435 milyon 191 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 59,5 faizinin, yəni 259 milyon 95 min manat hissəsinin ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.

Məlumat verilib ki, 2023-cü ildən prokurorluq orqanlarında tətbiq edilən “Elektron prokurorluq” informasiya sistemi ötən müddət ərzində daha da inkişaf etdirilib, prokurorluğun bütün qurumları üzrə istifadəsinə şərait yaradılmaqla digər informasiya sistemlərinə inteqrasiyası təmin olunub, xidməti fəaliyyətin icrası məqsədilə 47 modul yaradılmaqla istifadəyə verilib.

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 83 şəxs barəsində 61 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 6 şəxs barəsində 5 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub.

Kollegiya iclasında daxili işlər orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adamöldürmə cinayətlərinin açılması təmin edilməklə həmin işlər üzrə ibtidai istintaqın davam etdirildiyi xüsusi vurğulanıb.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1389 apellyasiya və 406 kassasiya protestləri verilib, 766 apellyasiya protesti və 74 kassasiya protestləri təmin olunmaqla nəticədə yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin olunub.

Ötən il ərzində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 953 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2025-ci ildə prokurorluq orqanlarında cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 3066 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Qeyd edilib ki, hesabat dövründə Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə daxil olmuş müraciətlərdən 28 min 183 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 4488 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb və həmin məlumatlar üzrə cinayət işləri başlanıb, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb.

Kollegiya iclasında qeyd olunub ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 25 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 1-nə irad tutulub, 13-nə töhmət və ya şiddətli töhmət elan edilib, 5 nəfər vəzifədən azad edilib, 6-sı isə prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror bildirib ki, 2025-ci ildə prokurorluq orqanları tərəfindən ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi təşkil edilib. Belə ki, 2025-ci ilin mayın 20-23-də Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi (GlobE Network) çərçivəsində Altıncı Plenar İclasın Bakı şəhərində yüksək səviyyədə təşkil olunması həm ölkəmizin beynəlxalq arenada artan nüfuzuna, həm də Azərbaycan Prokurorluğunun beynəlxalq əməkdaşlıq sahəsində əldə etmiş olduğu müsbət nailiyyətlərə bariz nümunə hesab oluna bilər.

Vurğulanıb ki, 2025-ci ildə də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb.

Bu müddətdə Baş prokuror tərəfindən 26 şəhər və rayonlarda, o cümlədən Bakının rayonlarında 950-dən artıq vətəndaş qəbul edilməklə müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun həlli barədə əlaqədar struktur qurumların rəhbərlərinə və tabe prokurorlara müvafiq göstərişlər verilib,

2025-ci il ərzində Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti yüksək qiymətləndirilməklə qanunvericiliyin inkişafı, hüquqi təcrübədə rast gəlinən ziddiyyətlərin həlli, eləcə də bu kimi digər əhəmiyyət kəsb edən sahələrdə Şura üzvləri tərəfindən göstərilmiş təşəbbüskarlıq xüsusi olaraq qeyd edilib.

Daha sonra Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov tərəfindən edilmiş çıxışlar zamanı hesabat dövründə cavabdeh olduğu sahələr üzrə görülmüş işlər, əldə olunmuş uğurlar və yol verilmiş nöqsanlar diqqətə çatdırılıb.

Kollegiya iclasına yekun vuran Kamran Əliyev qanunun aliliyinin təminatçısı qismində hər zaman əzmlə xidmət aparan prokurorluq əməkdaşlarının Prezident İlham Əliyevin rəhbərliyi altında icra edilən dövlət siyasətinin uğurla davam etdirilməsinin əsas təminatçılarından olmaqla, ölkədaxili ictimai-siyasi sabitliyə, ərazi bütövlüyü və suverenliyimizə qarşı yönələn istənilən cinayətkar ünsürə qarşı qətiyyətlə mübarizə aparacaqlarına, bu məqsədlə qanunla üzərlərinə qoyulmuş vəzifələrin layiqli icrası üçün bütün bilik və peşə bacarıqlarını səfərbər edəcəklərinə, cari ildə yeni uğur və nailiyyətlərə imza atacaqlarına əminliyini ifadə edib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see654

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see463

İspan jurnalist: “Pedri və Rafinya Avropa üçün mövcud deyil”

09 Sentyabr 2026 03:43see269

“Mançester Siti” səfərdə “Portu”ya şans vermədi Çempionlar Liqası

09 Sentyabr 2026 01:34see259

Fernandes: “Holand vəhşi heyvandır, əsl vəhşi heyvan”

09 Sentyabr 2026 02:30see258

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see249

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see241

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see234

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see221

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see218

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see214

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see214

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see214

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see207

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see197

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see193

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see189

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see187

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

09 Sentyabr 2026 02:40see176

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri