Şri Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pekin, 27 oktyabr, AZƏRTAC
Şri-Lankanın Təhsil Nazirliyi ölkədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyat tədbiri olaraq bütün məktəblərin bağlandığını elan edib.
AZƏRTAC Şri-Lanka mediasına istinadla xəbər verir ki, nazirlik qərarını şagirdlərin və məktəb heyətinin sağlamlığını qorumaq məqsədilə qəbul etdiyini açıqlayıb. Qərar oktyabrın 27-nə aid olsa da, hava şəraiti ilə əlaqədar dərslərin yenidən başlanması vaxtı gecikə bilər.
Qeyd edək ki, son günlər Şri-Lankada güclü yağışlar müşahidə olunur. Bundan başqa, "Arnab" siklonu Benqal körfəzi üzərində güclənir. Siklonun Şri-Lankaya birbaşa təsir göstərməyəcəyi ehtimal edilsə də, qarşıdakı günlərdə bəzi ərazilərdə 100-150 millimetr yağıntının olacağı, eləcə də bir sıra əyalətlərdə küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 27 Oktyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















