Icma.az
close
up
RU
Baş Prokurorluğun Vüqar Məmmədovun həbsi ilə bağlı absurd ittihamları QANUNLA “YOLU KƏSİŞMƏYƏN” TƏQDİMAT

Baş Prokurorluğun Vüqar Məmmədovun həbsi ilə bağlı absurd ittihamları QANUNLA “YOLU KƏSİŞMƏYƏN” TƏQDİMAT

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

31 oktyabr tarixində Baş Prokurorluğun II dərəcəli ədliyyə müşaviri Elmar Camalovun “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayevə ünvanladığl TƏQDİMAT son günlər mətbuatda ciddi müzakirə mövzusuna çevrilib. Söhbət ondan gedir ki, bu sənədlə tanış olan hər kəs V.Məmmədovun sifariş əsasında və qanunsuz olaraq həbs olunduğuna zərrə qədər də şübhə etmir.

Qeyd edək ki, sözügedən təqdimat mediada və sosial şəbəkələrdə ictimailəşdirildiyindən, artıq heç bir istintaq sirri daşımadığından, Hurriyyet.az həmin sənədin stenoqramını oxucularına təqdim edir:

“Təqsirləndirilən şəxs Məmmədov Vüqar Tofiq

oğlunun barəsində həbs qətimkan tədbirinin

seçilməsi haqqında

 T Ə Q D İ M A T

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılan 252990121 nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət  Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs Məmmədov Vüqar Tofiq oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuşdur.

Vəsatətdən və işin materiallarından görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikasının vətəndaşı Mehdiyev Ramiz Ənvər oğlu və qeyriləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1-ci maddələri ilə 13 oktyabr 2025-ci il tarixdə başlanılaraq ibtidai istintaqı aparılır. 

İstintaqla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Məmmədov Vüqar Tofiq oğlu “hurriyyet.az” saytının baş redaktoru olan zaman həmin saytda “Azərlotereya” ASC-nin vətəndaşları aldatması, uduş məbləğlərini verməməsi barədə ASC-nin işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yaymış, daha sonra həmin məlumatların saytda yenidən paylaşılmaması müqabilində “Azərlotereya” ASC-ni sözügedən saytda reklam etmək adı ilə “Universal Reklam” MMC-nin direktoru Mahmudov Elxan Nadir oğlu ilə reklam müqaviləsi bağlayaraq, sonuncu vasitəsilə 2023-cü ilin oktyabr ayından 2025-ci ilin oktyabr ayı da, daxil olmaqla vahid niyyətlə hər ay 1000 manat, ümumilikdə 24000 manat xeyli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb edərək “hurriyyet.az” saytının bank hesabına köçürülməsini təmin etmişdir.

Bundan əlavə, Vüqar Məmmədov “hurriyyet.az” saytının baş redaktoru olan zaman həmin saytda “Veysəloğlu Şirkətlər Qrupu”nun ictimai nüfuzu mediada mənfi xarakterizə edilən şəxsə məxsus olması barədə şirkətlər qrupunun işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yaymış, daha sonra həmin məlumatların saytdan silinməsi müqabilində “Veysəloğlu Şirkətlər Qrupu”nu sözügedən saytda reklam etmək adı ilə sonuncunun Mətbuat xidmətinin direktoru Qəribli Məhəmmədəli Qərib oğlunun vasitəçiliyi ilə reklam müqaviləsi bağlayaraq 2025-ci ilin mart ayında 200 manat, 2025-ci ilin aprel ayında isə 2200 manat olmaqla ümumilikdə 2400 manat pul vəsaitini təkrar hədə-qorxu ilə tələb edərək “hurriyyet.az” saytının bank hesabına köçürülməsini təmin etmişdir.

Bu əməllərinə görə Məmmədov Vüqar Tofiq oğlu 29 oktyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 31 oktyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri ilə ittiham elan edilmişdir.   

İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsində, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması şəxsin azadlıqdan məhrum edilməsi üçün əsas olaraq qeyd edilmişdir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.3.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri yalnız 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmasının və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməsinin və ya cəmiyyət üçün təhlükə yaratmasının qarşısını almaq məqsədi ilə tətbiq edilə bilər.

Göstərilənləri, təqsirləndirilən şəxs Məmmədov Vüqar Tofiq oğlunun qanunazidd davranışının qarşısının alınması zərurətini, ona istinad edilən cinayət əməlinin ağırlığını və xarakterini, azadlıqda qalarsa cinayət prosesinin həyata keçirən orqandan gizlənəcəyini, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olacağını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri yenidən törədərək cəmiyyət üçün təhlükə yarada biləcəyi ehtimalının real olmasını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədəmüvafiqdir.

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84, 155-158-ci maddələrinin tələblərini rəhbər tutaraq,

 Xahiş  edirəm:

Təqsirləndirilən şəxs – 26 oktyabr 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olunmayan, Hürriyyət qəzetinin baş redaktoru vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Səməd Vurğun küçəsi, döngə 4, ev 9 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev *, mənzil * ünvanında yaşamış, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Məmmədov Vüqar Tofiq oğlu barəsində istintaq müddəti həddində, yəni 13 fevral 2026-cı il tarixədək həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edəsiniz.

Qoşma: vəsatət – 2 vərəqdə.

İmzalanma tarixi: 31.10.2025”.

Hurriyyet.az

P.S. Təqdimatı hüquqşünasların iştkirakı ilə müzakirəyə çıxaracağıq. Saytımızı izləyin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Noyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see187

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see154

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see151

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see142

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri