Icma.az
close
up
RU
Baş Prokurorluq ictimaiyyətə müraciət etdi

Baş Prokurorluq ictimaiyyətə müraciət etdi

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Baş Prokurorluğu 30 il əvvəl öldürülənin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğdan məlumat verilib.

Bildirilib ki, hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb:

"Bakı şəhərinin Suraxanı rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişinin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib".

Məlumata əsasən, bununla əlaqədar, Azərbaycan Baş Prokurorluğu zərərçəkmişin şəxsiyyətinin müəyyən edilməsinə dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edir:

"Zərərçəkmiş şəxsin fərdi əlamətləri:

-Doğum ili: 1955-1970-ci illər aralığında
-Boy: təxminən 175 sm
-Sol dirsək oynağının ön səthində çapıq izləri
-Sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri
-1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb
-MDB dövlətlərində, o cümlədən Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayan və yaxud işləmiş

Bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, Bakı şəhər prokurorluğu və ya Suraxanı rayon prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:
-(+994 12) 361 04 06
-(+994 12) 361 04 09
-(+994 12) 361 02 51
-“961 Çağrı Mərkəzi”

Baş Prokurorluq ictimaiyyətə öncədən göstərdiyi diqqət, dəstək və əməkdaşlığa görə dərin təşəkkürünü bildirir. Hər bir vətəndaşın verdiyi məlumatın istintaq prosesinə böyük töhfə verdiyini vurğulayır və aidiyyəti şəxsləri məlumat verməyə çağırır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Avqust 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri