Baş Prokurorluqda görüşlər
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasının baş prokuroru Aleksandr Qutsan Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak edib. Oktyabrın 29-da baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb.
Dialoqda iki ölkə və xalqlar arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin mühüm rolu qeyd olunaraq, bu xüsusda, hər iki ölkənin dövlət başçıları arasında keçirilmiş görüşlər, eləcə də baş tutan təmasların əhəmiyyəti vurğulanıb.
Kamran Əliyev iki ölkənin prokurorluq orqanları arasında uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin formalaşdığını bildirərək, bu əlaqələrin qarşılıqlı maraq doğuran istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının baş prokuroru Aleksandr Qutsan səmimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə, həmçinin cari ilin sentyabr ayında Kazan şəhərində hər iki ölkənin baş prokurorluqları arasında 2027-2028-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı vəzifələr, beynəlxalq hüquqi əməkdaşlığın təkmilləşdirilməsi və ikitərəfli əlaqələrin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səmərəli əməkdaşlığın inkişafına və Azərbaycan Respublikası Prokurorluğu ilə əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Rusiya Federasiyasının baş prokuroru Aleksandr Qutsan baş prokuror Kamran Əliyev tərəfindən “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
***
Həmin gün baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının prezidenti Mazin bin İbrahim əl-Kahmus ilə də görüşüb.
Söhbət zamanı baş prokuror Bakıda keçirilmiş yüksək səviyyəli görüşün uğurla təşkil olunmasının İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın dərinləşdirilməsi, əlaqələndirmənin gücləndirilməsi və birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalamasının korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə və cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olunaraq geri qaytarılması sahəsində qarşılıqlı fəaliyyətin inkişafına töhfə verəcəyini qeyd edib.
Mazin bin İbrahim əl-Kahmus tədbirin yüksək səviyyədə təşkilinə və uğurla keçirilməsinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. O, bu cür beynəlxalq tədbirlərin korrupsiyaya qarşı mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və birgə təşəbbüslərin təşviqi baxımından əhəmiyyətini vurğulayıb.
Tərəflər korrupsiyaya qarşı mübarizənin yalnız milli səviyyədə deyil, həm də beynəlxalq və regional əməkdaşlığın əlaqələndirilmiş şəkildə həyata keçirilməsini tələb etdiyini vurğulayıblar.
Görüş zamanı Mazin bin İbrahim əl-Kahmus "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə təltif edilib.
XQ
Baxış sayı:98
Bu xəbər 30 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















