Icma.az
close
up
RU
Baş Prokurorluqda “Zəfər Günü” tədbiri FOTO

Baş Prokurorluqda “Zəfər Günü” tədbiri FOTO

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 7-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq əməkdaşları Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün təmini uğurunda şəhid olmuş hərbçilərimizin dəfn olunduğu II Şəhidlər Xiyabanını ziyarət edərək şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirələrini dərin ehtiramla yad edib məzarları üzərinə gül dəstələri qoyublar.

Moderator.az xəbər verir ki, daha sonra Baş Prokurorluğun inzibati binasında Baş Prokurorluğun rəhbərliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyulub və “8 noyabr Zəfər günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirildikdən sonra, Baş prokuror Kamran Əliyev çıxış edib.

Prokurorluq əməkdaşlarını və xalqımızı “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik edən Baş prokuror tariximizin şanlı səhifəsi olan bu qələbəyə aparan yolun əsasının Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb, daim vətəninə bağlı olan və onun gələcəyini düşünən dahi dövlət xadimi, dünya səviyyəli siyasətçi Heydər Əliyevin ölkəmizin bu günləri üçün gördüyü işlərdən bəhs edib. 

Qeyd edilib ki, Ulu öndərin layiqli davamçısı, onun prinsip və siyasi kurslarına sadiq qalan Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycan daha da inkişaf etdirilib və nəticədə beynəlxalq aləmdə aparıcı mövqeyə sahib, iqtisadi və siyasi sferada sadiq və əqidəli tərəfdaş olmaqla yanaşı, eyni zamanda qüdrətli orduya sahib olan dövlət kimi nüfuz qazanıb.

Vurğulanıb ki, 2020-ci il  sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad edilməsi üçün əməliyyatlara başlayıb və “44 günlük Vətən müharibəsi” nəticəsində işğal altında olmuş torpaqlarımızın böyük hissəsi azad edilməklə yanaşı Ermənistan Respublikasının məğlub tərəf qismində Üç tərəfli bəyanatı imzalamaq məcburiyyətində qalıb.

Ermənistan Respublikasının təsiri altında ölkəmizin ərazisində erməni separatçılarının qeyri-adekvat hərəkətlər etməsi isə 23 saatlıq bir müddətdə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə nəticələnib və bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tamamilə təmin edilib.

Baş prokuror artıq yeni reallığın mövcud olmasını vurğulayaraq torpaqlarımızın işğaldan azad edilməsi ilə Azərbaycanın yeni bir mərhələyə qədəm qoyduğunu bildirib.

Eyni zamanda Baş prokuror “44 günlük Vətən müharibəsi” və lokal xarakterli antiterror tədbirləri  zamanı prokurorluq əməkdaşlarının hərbi əməliyyatların aparıldığı ərazilərdə xidməti vəzifələrini layiqincə yetirdiklərini, bəzi prokurorluq əməkdaşlarının “I Qarabağ” və “44 günülük Vətən” müharibələri zamanı bilavasitə döyüşlərdə iştirak etməsini, hətta şəhid prokurorluq əməkdaşlarının olduğunu, habelə “44 günlük Vətən” müharibəsində iştirak etmiş və yüksək savad, bilikləri ilə seçilən gənclərin prokurorluq orqanlarında qulluğa keçirilən müsabiqədə uğur qazanaraq işə qəbul olunmasını və hazırda sıralarında xidmət etmələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Tədbirdə həmçinin, Prokurorluğun veteranı - Böyükağa Panəliyev, Vətən müharibəsi iştirakçısı – Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru Coşqun Zamanlı çıxış edib.

Sonda isə “Səbrin sonu” adlı sənədli film nümayiş etdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2024 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see366

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see346

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see286

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see269

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see266

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see265

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see256

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see249

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see244

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see232

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see222

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see217

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see211

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see210

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see209

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see206

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see197

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see197

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri