Icma.az
close
up
RU
Baş Prokurorluqdan “İnşaat Konstruksiyaları” ilə bağlı açıqlama

Baş Prokurorluqdan “İnşaat Konstruksiyaları” ilə bağlı açıqlama

Dogru.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İnşaat Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə),308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda məhkəmə baxışı davam etdirilir.

Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Bundan başqa, Baş İdarədə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş həmin cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Bununla yanaşı, Səyyaf Cəbrayıl oğlu Cabbarovun “İnşaat Konstruksiyaları” MMC-nin digər ünvanda – Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində yerləşən hazırda inşa edilməkdə olan binadan mənzil alarkən aldadılmasına dair müraciətinə icraatda olan cinayət işi çərçivəsində baxılmaqdadır.

İstintaqla müəyyən edilib ki, Səyyaf Cabbarov 2020-ci il avqustun 7-də mülki müqavilə əsasında “İnşaat Konstruksiyaları” MMC-dən həmin binanın 9-cu mərtəbəsində yerləşən 121.3 kvadratmetr ölçüdə, 2 otaqlı ümumi dəyəri 303 min 250 manat olan mənzilə görə 238 min 922 manat dəyərində ödəniş etməklə və əlavə olaraq fərq məbləği dəyərində tikinti materialı verdikdən sonra müqavilənin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib, lakin tərəflər arasında göstərilən razılığa tam əməl olunmadığına görə mənzil ona təhvil verilməyib.

Hazırkı dövrədək həmin mənzilin başqa şəxsə satılmadığı və tərəflər arasında yaranmış mübahisənin öhdəliklərin icrası ilə bağlı mülki hüquqi xarakter daşıdığı müəyyən edilib.

Müraciəti ilə əlaqədar Baş idarədə qəbul olunan Səyyaf Cabbarovun oğlu Elmir Cəbrayılov hazırda mənzilə dair əlavə ödəniş etmək üçün maddi imkanlarının olmadığını və buna görə ödədiyi vəsaitin mənzilin satılması ilə qaytarılmasını xahiş edib və ona göstərilən xüsusatla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib.

Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və digər tədbirlərin icrası davam etdirilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://dogru.az
archiveBu xəbər 28 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see334

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see256

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see247

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see235

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see226

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see225

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see218

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see218

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see217

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see216

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see213

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see204

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see203

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see201

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see195

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see191

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see190

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see189

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see186

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri