Icma.az
close
up
RU
“İnşaat Konstruksiyaları”nın fırıldaqları: Baş Prokurorluq məlumat yaydı

“İnşaat Konstruksiyaları”nın fırıldaqları: Baş Prokurorluq məlumat yaydı

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baş Prokurorluq Paraatlet idmançı Elmir Cəbrayılovun şikayəti ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, “İnşaat Konstruksiyaları” MMC-nin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində  aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər Rauf Əliyev, Rəsul Əliyev və Zahir Nəcəfovun Cinayət Məcəlləsinin  178.4 (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələrilə ittiham edildiyi cinayət işi üzrə hazırda  məhkəmə baxışı davam etdirilir.

Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanında yerləşən “İnşaat Konstruksiyaları” MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Bundan başqa Baş İdarədə “İnşaat Konstruksiyaları” MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş qeyd edilən cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Bununla yanaşı, Cabbarov Səyyaf Cəbrayıl oğlunun "İnşaat Konstruksiyaları" MMC-nin digər ünvanda - Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində yerləşən hazırda inşa edilməkdə olan binadan mənzil alarkən aldadılmasına dair müraciətinə icraatda olan cinayət işi çərçivəsində baxılmaqdadır.

İstintaqla müəyyən edilib ki, Səyyaf Cabbarov 07 avqust 2020-ci il tarixdə mülki müqavilə əsasında “İnşaat Konstruksiyaları” MMC-dən həmin binanın 9-cu mərtəbəsində yerləşən 121.3 m2 ölçüdə, 2 otaqlı ümumi dəyəri 303.250 manat olan mənzilə görə 238.922 manat dəyərində ödəniş etməklə və əlavə olaraq fərq məbləği dəyərində tikinti materialı verdikdən sonra müqavilənin qüvvəyə minməsi ilə bağlı razılığa gəlib, lakin tərəflər arasında göstərilən razılığa tam əməl olunmadığına görə mənzil ona təhvil verilməyib.

Hazırki dövrədək qeyd edilən mənzilin başqa şəxsə satılmadığı və tərəflər arasında yaranmış mübahisənin öhdəliklərin icrası ilə bağlı mülki hüquqi xarakter daşıdığı müəyyən edilib.

Müraciəti ilə əlaqədar Baş idarədə qəbul olunan Səyyaf Cabbarovun oğlu Elmir Cəbrayılov hazırda mənzilə dair əlavə ödəniş etmək üçün maddi imkanlarının olmadığını, bu səbəbdən ödədiyi vəsaitin mənzilin satılması ilə qaytarılmasını xahiş edib və ona göstərilən xüsusatla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilib.

Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və digər tədbirlərin icrası davam etdirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:422
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri